BolgeXeber.Com » Gündəm » Xəstəlik mənbəyi,üfunət qoxusu gələn qanunsuz "zibil poliqonu"-VİDEO

Xəstəlik mənbəyi,üfunət qoxusu gələn qanunsuz "zibil poliqonu"-VİDEO

20-09-2021, 12:33
Oxunub: 3 536 Bolge.tv-nin  əməkdaşları Binəqədi rayonu, Xocaəsən qəsəbəsi , məcburi köçkünlər üçün tikilmiş “Yeni   Xocaəsən  Yaşyış Kompleksinin yaxınlığında qanunsuz zibil poliqonu aşkar ediblər. Ərazidə yaşayan sakinlər əməkdaşlarımızla söhbət zamanı ərazidəki xəstəlik mənbəyi olan zibilxanadan gələn kəskin üfunət qoxusundan, antisanitariyadan şikayət ediblər.

Ekologiya və Təbii Sərvətlər naziri hörmətli Muxtar Babyev şəxsən ağacəkmə aksiyalarında iştirak etdiyi, qollarını  çırmayıb ərazilərdə təmizlik işləri ilə məşğul olduğu halda görəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hara baxır,bu cür acınacaqlı vəziyyəti görmürmü?!Ümid edirik məsələ ilə bağlı əraziyə baxan ekologiya idarəsi tez bir zamanda tədbir görəcək.