İcra başçısının maraqları ay yarımlıq şirkətlə ÇİÇƏKLƏNİR-FOTOFAKT
4-10-2021, 10:53
Oxunub: 4 080
Vaqif Həsənov qohumunu 7 tender qalibi eti
Ağdam rayon İcra Hakimiyyəti tərəfindən keçirilən 7 müxtəlif tenderin (Kotirovka sorğusu) qalibi, Başçının xeyir-duası ilə eyni şirkət olub.
Volgexeber.comxəbər verir ki, tender müsabiqələrinin qalibi cəmi ay yarım əvvəl dövlət qeydiyyatına alınan “Qələbə-A 2020” MMC (VÖEN – 3201474241) olub.
Qeyd edək ki, “Qələbə-A 2020” MMC ümumi dəyəri 111 min 643 manat 90 qəpik olan tender müsabiqələrinin qalibi olub:
1. Ağdam rayon İcra Hakimiyyəti İnzibati binasının cari təmir işləri – 9 998 AZN
2. Ağdam rayon Quzanlı qəsəbə 2 nömrəli uşaq baxçasının cari təmir işləri – 12 172.9 AZN
3. Ağdam rayon Hacıturallı kənd uşaq baxçasının təmiri işləri – 26 226 AZN
4. Yumuşaq inventar yataq ləvazimatları və xüsusi geyimlərin alınması – 14 955 AZN
5. Maşın və avadanlıqların alınması işləri – 22 930 AZN
6. Dəftərxana və təsərrufat xərcləri – 7 404 AZN
7. Digər malların alınması – 17 958 AZN

Məlumat üçün bildirək ki, “Qələbə-A 2020” MMC 16.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Qanuni təmsilşisi isə Həsənov Əvəz İslam oğludur.
Maraqlıdır ki, 16.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınan MMC cəmi ay yarım sonra – 02.04.2021-ci il tarixində elan olunan tender müsabiqələrində iştirak edib və qalib elan olunub.

Dövlət qeydiyyatına alınan kimi 112 min manatlıq tender qalibi olan MMC-nin hansı peşəkarlığa sahib olduğu da başqa bir müəmma olaraq qalır.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı.Yeniavaz.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər