BolgeXeber.Com » Gündəm » «Relax»da zəhərlənən ailələri susdurublar

«Relax»da zəhərlənən ailələri susdurublar

13-08-2013, 15:00
Oxunub: 3 331 Neft Şirkətinin işçiləri olan 3 ailə zəhərləndi

Lerik rayonunda yerləşən «Relaks» İstirahət Mərkəzində qalmaqal baş verib. Deputat İqbal Məmmədovun olan həmin mərkəzdə dincələn ARDNŞ-in 3 işçisi ailələri ilə birlikdə yedikləri yeməklərdən zəhərləniblər. Bu barədə məlumat verən hadisənin şahidlərindən biri qeyd edib ki, zəhərlənmə olayından sonra məsələ ilə bağlı administratora müraciət edilib. Hətta təcili yardım çağırılması istənilib.

Amma administratorun verdiyi cavab ARDNŞ işçilərini şoka salıb. Belə ki, o, şirkətin işçilərinə deyib ki, yeməkdən zəhərlənmə mümkün deyil. Hətta o hava yağmurlu olmasına baxmayaraq bəhanə üçün bildirib ki, bu daha çox günvurmaya oxşayır.

Məlumatda qeyd edilir ki, həmin şəxslər Ramazan bayramı ilə əlaqədar olaraq 3 günlük istirahətə gediblər. SOCAR onlara məcburən “putyovka” verdirib, amma onlar bundan imtina ediblər. Səbəb isə “putyovka” ilə gedən şəxslərə orada yaxşı xidmət göstərilməməsi olub. 3 günlük öz hesablarına ailələri ilə birlikdə günü 65 manatdan evlərdə qalıblar. Yeməkləri də “Relax”dan öz vəsaitləri ilə alıblar. Orada olduqları 2-ci gün isə onlarda mədə-bağırsaq pozğunluğu yaranıb və bunun da qida zəhərlənməsi məlum olub. Zəhərlənmədən sonra Bakıya dönməli olan şəxslər «Semaşko» xəstəxanasında zəhərlənmə diaqnozu ilə müalicə olunaraq, evlərinə buraxılıblar.

Məlumatlarda vurğulanır ki, ARDNŞ-in işçiləri baş verənlərlə bağlı şikayətçi olsalar da, sonradan iddialarından geri çəkilməli olublar. Səbəb isə ARDNŞ rəhbərliyinin onlardan şikayətlərini geri götürməsini tələb etməsi olub.jam.az