BolgeXeber.Com » Gündəm » Mehriban Əliyevanın namizədliyini irəli sürən seçki bloku müraciət qəbul edib

Mehriban Əliyevanın namizədliyini irəli sürən seçki bloku müraciət qəbul edib

13-08-2013, 18:25
Oxunub: 3 628 “Müraciətdə biz Mehriban xanımın namizədliyini irəli sürmüşük və onu dəstəklədiyimizi bəyan etmişik”
Bu gün,” Yeni İslahat Seçki Bloku”nda təmsil olunan Azərbaycan Mübarizlər Partiyasının sədri Ağadur Müslümov Qafqaznews.az-la əlaqə saxlayraq bildirmişdir ki, prezident seçkiləri ilə əlaqədar seçki bloku Mehriban Əliyevaya müraciət ünvanlayıb. Ağadur Müslümov Mehriban xanımın naimizlədiyinin irəli sürülməsi ilə bağlı Qafqaznews.az –a açıqlamasında bunları bildirdi:””Yeni İslahat Seçki Bloku” Mehriban xanıma müraciət qəbul edib.Müraciətdə biz Mehriban xanımın namizədliyini irəli sürmüşük və onu dəstəklədiyimizi bəyan etmişik. Biz Mehriban xanımdan ,” Yeni İslahat Seçki Bloku”xoşməramlı müraciətinə münasibət bildirməyini xahiş etmişik və əgər müsbət cavab olarsa biz yaxın zamanlarda MSK –ya lazımi sənədlər təqdim edəcəyik” Ağadur Müslümov həmçinin onu da bildirdi ki, ” Yeni İslahat Seçki Bloku”nda Azad Respublikaçılar Partiyası (sədri Kamil Seyidov ) və Azərbaycan Mübarizlər Partiyası ( sədri Ağadur Müslümov),ziyalılar və qeyri-hökumət təşkilatları təmsil olunur.
Bolgexeber.com