Masazır qəbiristanlığında məzar cəsəd qarışıq satılıb
14-08-2013, 16:40
Oxunub: 4 369
Masazır kənd qəbiristanlığında qəbir yeri cəsəd qarışıq satılıb.
İki il əvvəl bu qəbiristanlıqda dəfn edilmiş Quliyeva Qarogöz Vüqar qızının məzarını ziyarət etməyə gedən yaxınları gördükləri mənzərədən şoka düşüblər. Çünki onların doğmalarının uyuduğu məzar artıq yerində yoxdur, daha doğrusu yerindədir, amma onlara məxsus deyil.
Quliyevlər özlərinə məxsus məzarın yerində başqa bir məzarla qarşılaşıblar. Sonradan aydın olub ki, Masazır kənd bələdiyyəsinin sədri Siyanfər Əliyev tərəfindən Quliyeva Qaragöz Vüqar qızına məxsus başdaşı da dağıdılıb, məzarın üzəri isə daş lövhələrlə üzlənərək məzar yeri kimi imkanlı bir iş adamına satılıb.
Məsləyə münasibət bildirən Masazır bələdiyyəsinin sədr müavini Söhbət Məmmədov qeyd edib ki, Quliyeva Qarogöz Vüqar qızının məzarı yaxınlığında başqa bir nəfər də dəfn olunub: “Həmin məzarın sahibi ətrafı, Quliyeva Qarogöz Vüqar qızının məzarını da hasara alıb. Bu proseslər baş verən zaman mən burada olmamışam. Ərazini hasara alan adamı tapmışıq və problem həll olunacaq.”
S.Məmmədov Quliyeva Qarogöz Vüqar qızına məxsus baş daşı və sinə daşının dağıdılmadığını bildirsə də qəbiristanlıqda çəkdiyimiz fotolar şikayətçi tərəfin haqlı olduğunu göstərir. Belə ki, nə qəbir var, nə da baş daşı...
İndi mənəvi cəhətdən təhqir olunmuş ailə müvafiq qurumların qapısına ayaq döyür. Məzar və cəsəd biznesi ilə məşğul olan bələdiyyə sədri isə heç nə olmamış kimi yenə öz işindədir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər