Hacıqabul Rayonunda “MTN” yaradılıb
24-05-2011, 16:55
Oxunub: 6 952

Rayon İcra başçısının köməkcisi bu ad altında fəaliyyət göstərir
Azərbaycanın hər bir bölgəsində hələ SSRİ dönəmindən yadigar olaraq bir sıra sosial vəstrateji səpkili miraslar qalmaqdadır. Bu cür miraslardan biri də bölgələrdə əhalinin istifadəsi üçün nəzərdə tutulan,bağları və digər kənd təsərrüfatı sahələrində suvarma işlərini aparmaq üçün çəkilmiş bağ-suvarma sisteminə aid boru xəttləridir. Yerlərdən asılı olaraq bu borular müxtəlif ölçülərdə olurlar.
Qeyd edək ki, strateji əhəmiyyətli sayılan belə kəmərlərin artıq sökülmə prosesləri demək olar ki, kütləvi hal almışdır. Maraqlıdır ki, bu sökülmə, daha doğrusu sökülərək satılması prosesləri kimlərin himayəsi altında baş verdiyi də gizli deyil.
Bu səpkili informasiyalardan bir neçəsi də Hacıqəbul rayonundan gəlməkdədir. Əhalinin dediyinə görə,burada da “torbaların sökülərək-satılması” şousu gedir. Gəzən şaiyələrə görə isə, buna rəhbərliyi Hacıqəbul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun məzuniyyətdə olmasından istifadə edən, onun köməkçisi Afiq müəllim həyata keçirir. Bunun nə qədər doğru olub-olmadığını iddia edə bilməsək də, əhali arasında gəzən söz-söhbətlərdən məlum olur ki, rayon suvarma sistemlərinin rəhbəri İbrahim İbrahimov və Su İdarəsinin müdiri kimi təqdim olunan Mikayıl Mikayılov da bu işdə xüsisi fəallıq göstərirlər.
Hər bir halda jurnalistikanın peşə prinsiplərinə uyğun olaraq biz Afiq müəllimlə əlaqə saxladıq. Afiq müəllim də....
Əvvəla məlumat üçün deyək ki, bu cür “səviyyəsinə uyğun” münasibət bildirən bu şəxsin həqiqətən də İcra aparatında işləyə biləcəyi bizdə şübhə yaratdığı üçün bir neçə dəfə onun kimliyini dəqiqləşdirməli olduq. Məlum oldu ki, həqiqətən də bu şəxs Hacıqəbul rayon icra başçısının köməkçisi vəzifəsində işləyir. Onu da qeyd edək ki, məmurların “münasibət bildirmək mədəniyyəti”ndən dəfələrlə yazsaq da, təəssüf ki, yenə də belələri az deyil və biz də tutduğumuz sosial mənsəbdən irəli gələrək onların bu təhqirlərinə səviyyəmizə uyğun olmadığı üçün onlar kimi cavab verməsək də, bu təhqirlərə dözmək fikrində də deyilik.
Afiq müəllim müxbirimizə MTN adından hədə qorxu gələrək, onu təhqir etmiş, yazı yazarsa onu MTN-ə apartdıracağını bildirmişdir.
Afiq müəllim!!! Sizin MTN-nin ştat cədvəlində hansı yer tutduğunuz bizə maraqlı deyilvə o adla bizə hədə-qorxu gəldiyiniz orqanda bilirlər ki, biz kimik, siz kimsiniz.Çünki ölkəmizin xüsusi xidmət orqanları cücə hələ ymurtadaykən, bilirlər ki, bu cücə böyüyəndə toyuq olacaq yoxsa xoruz?!Sizə isə bildirmək istəyirik ki, hansısa MTN işçisi ilə birgə biznes şəbəkələrinə sahiblik etmək həmin orqanın adından çıxış etməyə sizə haqq vermir. Bizim o orqana olan hörmətimizə görə, həmin əməkdaşın adını çəkmək istəmirik.Sizə isə bildirmək istəyirik ki,biz sizdən fərqli olaraq Azərbaycanı “CİP-lər”siz,villasız,var-dövlətsiz sevirik,onun milli maraqlarını həmişə şəxsi mənafeyimizdən üstün tutmuşuq.Hələ bilmək olmaz ki,kimin vətən sevgisi kimdən üstündür. Çox görmüşük ki,nə qədər məmur vəzifədə “vətənim,dövlətim”deyib,işdən çıxan kimi müxalifətə qaçıb, “məni aldadıblar,məcbur ediblər” deyə şikayətlənib.Bizimsə bir üzümüz var,biz bu vətəni qarşılıqsız,heç bir mənfəət güdməyərək sevmişik.Sizə gəlincə isə,sadəcə ağ vərəqin əvvəlinə sizin adınızı yazmaq kifayət edir,çünki sizin barədə hər şeyi əhali sizin özünüzdən də yaxşı bilir.
P.S. Afiq müəllim,adını çəkərək bizi qorxutmaq istədiyiniz MTN-nin fəaliyyət göstərdiyi “Milli Təhlükəsizlik haqqında Qanun”un 1-ci maddəsini oxuyun,ən azı bu qurumun işinin nə olduğunu dərk etmək üçün....Maddədə deyilir- “Azərbaycan Respublikasının milli təhlükəsizliyi-dövlətin müstəqilliyinin, suverinliyini, ərazi bütövlüyünün, konstitusiya quruluşunun,xalqın və ölkənin milli maraqlarının,insanın,cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərlərdən qorunmasının təmin edilməsidir”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər