BolgeXeber.Com » Gündəm » Azərbaycanda bu günə YOLUXMA

Azərbaycanda bu günə YOLUXMA

29-10-2021, 19:00
Oxunub: 3 160 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 132 yeni yoluxma faktı qeydə alınıb, 1 757 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 526 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 789 nəfər müalicə olunaraq sağalıb, 7 021 nəfər vəfat edib, aktiv xəstə sayı 29110 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 753, ötən müddət ərzində isə ümumilikdə 5 169 788 test aparılıb.