BolgeXeber.Com » Gündəm » Lənkəranda «Veteranlar Bağı əməliyyatı»-Fotolar

Lənkəranda «Veteranlar Bağı əməliyyatı»-Fotolar

17-08-2013, 11:15
Oxunub: 3 847 Rayonda bir il əvvəl istifadəyə verilmiş Veteranlar Bağı yenidən təmirə dayandırıldı

Əyalətlərdə büdcə pullarının silinməsi üçün bütün imkanlardan istifadə olunur. İcra başçılarının dövlət tərəfindən ayrılmış vəsaitləri öz xeyirləri üçün istifadə etməyin asan yollarından biri də hər il ayrı-ayrı parkların yenidən qurulması və təmirə dayandırılmasından ibarətdir.

Lənkərandan əldə etdiyimiz fotoşəkillərdə isə rayondakı Veteranlar Bağı əks olunub. Bir il bundan əvvəl təmir olunmuş və metlaxla bəzədilmiş bağın yenidən təmir olunması təəccüb doğurur. JAM.AZ-a çatan məlumatlara görə, bağın təxminən 300-400 kvadrat metr ərazisini əhatə edən bu metlax döşəmələrin yenidən dəyişdirilməsi həm də şübhəlidir. Eyni zamanda, yaxşı vəziyyətdə olan bu üzlüklərin dəyişdirilməsi üçün xeyli miqdarda vəsaitin ayrıldığı da verilən məlumatlar sırasında var.

Həmin məlumatlarda qeyd olunur ki, ötən il çəkilmiş üzlüklərin üzərindən yenidən metlax vurulmağa başlanılıb. Bildirilir ki, bu işin həyata keçirilməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti tapşırıq verilir. Bəzi iddialara görə, prezident tərəfindən bu yaxınlarda ayrılmış 3 milyon manatın silinməsi üçün Lənkəranda təkcə Veteranlar Bağı deyil, həmçinin digər parkların da yenidən təmirə dayandırılması nəzərdə tutulub.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.