Azərbaycanda Zəfər Günüdür
8-11-2021, 09:16
Oxunub: 552
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
Bolgexeber.com xəbər verir ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət