DİN tanınmış həkimin döyülməsinə münasibət bildirdi
15-11-2021, 15:25
Oxunub: 3 824
Daxili İşlər Nazirliyi (DİN) Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımın döyülməsinə münasibət bildirib.
DİN-in Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, həkimin döyülməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə müraciət daxil olub.
"Hazırda Sabirabad Rayon Polis Şöbəsinin təhqiqat şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəsticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - o vurğulayıb.
Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımı 20 yaşlı Yeganə Mirzəyevanı hamiləlik ilə əlaqədar müayinə edib. Həkim daha sonra qadını Bakıdakı xəstəxanalardan birinə göndərib və o, orada ölüb.
Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək Lalə Kazımı ittiham edib və onu döyüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər