BolgeXeber.Com » Gündəm » Azərbaycan daha 2 erməni əsilli şəxsi Ermənistana təhvil verdi

Azərbaycan daha 2 erməni əsilli şəxsi Ermənistana təhvil verdi

26-11-2021, 11:00
Oxunub: 2 440 Azərbaycan humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabrda 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. 

Bolgexeber.com xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb. 

Sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 03.03.1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviçdir.  Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilmişdir. 

Təhvil verilmiş digər şəxs - 13.09.2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılmışdır. 

Aparılmış ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilmişdir.