BolgeXeber.Com » Gündəm » Hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 hərbçimiz şəhid olub-SİYAHI
Hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 hərbçimiz şəhid olub-SİYAHI
30-11-2021, 15:23
Oxunub: 3 304
Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 nəfər hərbçi şəhid olub.
Qəzada həlak olan hərbçilərin adları açıqlanıb:
Polkovnik – Füzuli Cavadov
Polkovnik leytenant – Emil Nəzirov
Kapitan – Cavid Bayramlı
Mayor – Elmir Həsənov
Mayor – Emil Mayılov
Mayor – Elbrus Əhmədov
Mayor – Murad Məmmədov
Kapitan – Xəyyam Əliyev
Baş leytenant – Abdulla Süleymanov
Mayor – Emil Əliyev
Leytenant – Dərya Məclunov
İşçi – Nəbiyev Kapitan – Ceyhun Əhmədxanov
Baş leytenant – Fərid Nağıyev
Bununla bağlı Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.
Məlumatda deyilir: “Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir”.
Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər