BolgeXeber.Com » Gündəm » Qəzaya uğramış helikopterin görüntüləri (VİDEO)

Qəzaya uğramış helikopterin görüntüləri (VİDEO)

30-11-2021, 17:58
Oxunub: 1 888

Dövlət Sərhəd Xidmətinin (DSX) bu gün səhər qəzaya uğramış hərbi helikopterinin qalıqları ərazidən götürülüb.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, ərazidə istintaq tədbirləri də davam etdirilir.

Qeyd edək ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçular həlak olub.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.