BolgeXeber.Com » Gündəm » Prezident Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

Prezident Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

1-12-2021, 17:11
Oxunub: 3 232 Prezident İlham Əliyev “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
““Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 493) ləğv edilsin”.