ETSN sudan qanunsuz istifadə hallarına qarşı tədbirlər görür-FOTO
17-12-2021, 14:59
Oxunub: 3 960
Bildiyiniz kimi ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması dövlətimizin böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan onu qeyd etmək lazımdır ki, son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən müsbət işlər göz qabağındadır.Belə ki, ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC , Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) sudan qanunsuz istifadə hallarına qarşı mütəmadi tədbirlər görür.
Bu tədbirlər çərçivəsində su qovşaqlarının yaxınlığında yaşayan vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, monitorinqlər keçirilir, vətəndaşlar sudan qanunsuz istifadədən çəkinməyə çağrılır.
Bununla bağlı həmçinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qobustanda, Xızıda, Sumqayıtda vaxtaşırı reydlər keçirilir.
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin Bolgexeber.com-a bildirdiyinə görə ərazilərdə su hövzələrinə qeyri-qanuni qoşulmalar ləğv olunur:“Sudan kənar qoşunmalar, sudan qanunsuz istifadə ilə bağlı əməkdaşlarımız tərəfindən mütəmadi reydlər aparılır və nəticədə nöqsanlar aradan qaldırılır.
Hal-hazırda mövcud olan suya qoşulmalar hamısı qanunidir və əgər qeyri-qanuni qoşulmalar yenidən aşkar edilərsə qanuna müvafiq tərbirlər görüləcək”.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər