İlham Əliyev: "Azərbaycanın qaz ehtiyatı 2,2 trln kubmetr təşkil edir"
7-06-2011, 12:40
Oxunub: 6 830

Azərbaycan iqtisadiyyatına indiyədək 97 milyard dollar investisiya yatırılıb.
Bu barədə bu gün Bakıda "Caspian Oil and Gas” 18-ci Beynəlxalq Xəzər neft və qaz, neft emalı və neft kimyası sərgisinin təntənəli açılış mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, bu məbləğin 42 mlrd dolları nef-qaz sektoruna yatırılıb.
İlham Əliyev onu da bildirib ki, Azərbaycanda təsdiq edilmiş təbii qaz ehtiyatı ciddi hesablamalara görə 2, 2 trilyon kubmetrdir. Azərbaycan qazını dörd, neftini isə üç istiqamətdə ixrac edir.
"Hazırda Türkiyə ilə Azərbaycan arasında Azərbaycan qazının Türkiyə ərazisi ilə tranziti ilə bağlı danışıqlar aparılır. Bu danışıqlar son mərhələdədir. Biz ümid edirik ki, müvafiq razılaşma yaxın zamanlarda imzalanacaq və Azərbaycan qazının dünya bazarlarına daşınması üçün bütün maneələr aradan qalxacaq", deyə İ. Əliyev vurğulayıb.
Qeyd edək ki, sərgidə iştirak etmək üçün Avropa İttifaqının Enerji məsələləri üzrə komissarı Günter Ottinger və Amerika Birləşmiş Ştatları dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Bakıya gəlib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər