BolgeXeber.Com » Gündəm » Nəzarətə götürülən strateji yüksəkliklərin görüntüləri - Video

Nəzarətə götürülən strateji yüksəkliklərin görüntüləri - Video

25-08-2022, 16:32
Oxunub: 3 048 Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir. 
Bu barədə Bolgexeber.com-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir. 
Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib.
Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.