BolgeXeber.Com » Gündəm » Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

26-10-2022, 17:40
Oxunub: 2 504

Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.
AYB-nin XIII qurultayında səsvermə keçirilib. Belə ki, AYB sədrliyinə namizəd şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Səsvermə nəticəsində yeganə namizəd Anar daha 5 il müddətinə AYB sədri seçilib.
Digər iki namizəd namizədliklərinin səsə qoyulmamasına etiraz edib və mübahisə düşüb. Anar Rzayev isə həmin şəxslərə növbəti qurultayda uğurlar arzulayıb.
Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir.