“Müdriklik zirvəsi - Heydər Əliyev” kitabının təqdimatı keçirilib - FOTO
17-06-2011, 20:25
Oxunub: 7 695


Mərasimdə millət vəkilləri, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən bəhs edən “Müdriklik zirvəsi - Heydər Əliyev” kitabının təqdimatı keçirilib. Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən təqdimat mərasimində millət vəkilləri, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə kitabın yazılmasının təşəbbüskarı, “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri Zaur Mirzəzadə açıb. O, rəhbərlik etdiyi İctimai Mərkəz haqqında tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, mərkəzin əsas məqsədlərindən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin araşdırılması və təbliğ edilməsidir.
Mirzəzadə daha sonra kitab haqqında danışıb. Bildirib ki, kitabda müxtəlif peşə və vəzifə sahiblərinin dünya şöhrətli siyasi xadim Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev haqqında fikirləri, ürək sözləri və xatirələri toplanıb. Kitabda Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin fəaliyyəti və siyasi kursunun davamçısı İlham Əliyevin siyasi arenada tutduğu yeri barədə geniş bəhs edilir.
Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edib. O, Heydər Əliyev irsinin araşdırılmasının mühüm iş olduğunu bildirib və əlavə edib ki, dünyada yaşayan bütün azərbaycanlılar Heydər Əliyev şəxsiyyətini anmaqla yanaşı, anlamalı və anlatmalıdırlar.
Paşayeva ümummilli liderin Azərbaycan diasporunun birləşməsi sahəsində gördüyü işlərdən söz açıb və bildirib ki, müstəqil Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların istinad yeridir. Paşayeva müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində Heydər Əliyevin gördüyü işlərdən də söz açıb.
Daha sonra Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov çıxış edib. O, kitabın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Heydər Əliyevin zəngin irsinin öyrənilməsi üçün onlarla kitab yazılsa da, yenə də kifayət etməz.
Orucov ümummilli liderin Azərbaycanda ordu quruculuğu sahəsində gördüyü işlərdən də danışıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər