Prokurorluqda “təmizləmə”
23-06-2011, 20:45
Oxunub: 6 994

Kobud pozuntulara yol verdiklərinə görə qurumun yüksək vəzifəli əməkdaşları cəzalandırılıb
Bu ilin aprel-iyun ayları ərzində xidməti intizamın kobud pozuntusu hallarına yol verdiklərinə görə Goranboy rayon prokurorluğunun böyük müstəntiqi Əhməd Fərhadov prokurorluq orqanlarından xaric edilib, Göygöl rayon prokuroru Füzuli Əliyev, Masallı rayon prokurorunun müavini Vaqif Bayramov və Göygöl rayon prokurorluğunun müstəntiqi Babək Paşayev tutduqları vəzifələrdən azad ediliblər.
Baş Prokurorluğun mətbuat xidmətindən mətbuata verilən xəbərə görə, bundan başqa, xidməti, icra və əmək intizamının pozuntusu hallarına yol verdiklərinə, eyni zamanda qanun pozuntularının aradan qaldırılması üçün səlahiyyətləri çərçivəsində vaxtında zəruri tədbirlərin görülməsini təmin etmədiklərinə görə 14 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub, onlardan 11 nəfərə şiddətli töhmət və töhmət elan edilib.
Eləcə də, tabeliklərində olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, aşkar edilən qanunsuzluq faktlarına münasibətdə prinsipiallıq göstərməyən, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olmaqla qanunsuzluqlara yol verən 5 rayon və şəhər prokuroru, Baş Prokurorluq və Bakı şəhər prokurorluğunun məsul şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər.
Azərbaycan Respublikası Prokurorluğu orqanları bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirməklə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığını daha da artıracaqdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər