Bu işçilərə 4 ayın maaş əlavələri birdən verilir
24-10-2023, 17:10
Oxunub: 5 704
Bakı Metropoliteni QSC-nin işçilərinin maaşlarının 15% artırıldığı barədə qərar yanvar ayından qüvvəyə minsə də, ilin ilk 4 ayının maaş əlavələri bugünə kimi ödənilmirdi. Bolgə.TV Trend-ə istinadən xəbər verir ki, bu gündən etibarən metro işçilərinin ödənilməmiş olaraq qalan ilk 4 ayın da əlavələri artıq hesablara köçürülüb.
Qeyd edək ki, Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən 2023-cü ilin əvvəlindən metro işçilərinin maaşlarının 15% artırılması rəsmiləşib. Bu qərar 5 minə yaxın metropoliten əməkdaşını əhatə edir.
Artımlar 1 yanvar 2023-cü ildən etibarən qüvvədə olsa da, maaşa edilən artımlar işçilərin hesabına may ayından etibarən köçürülməyə başlanılmışdır. İlin ilk 4 ayının maaş əlavəsi isə bu zamana kimi metro işçilərinə verilmirdi.
Xatırladaq ki, maaşa artımlarla bağlı qərar 1 yanvar 2023-cü ildə qəbul edilsə də, səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov bu barədə qərarı may ayında imzalamışdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər