Bakıda keçmiş məhkumu güllələyən idmançı həbs edildi
1-07-2011, 16:30
Oxunub: 6 065
O, silaha əl atmasının səbəni müstəntiqə danışıb...
Bakının Nəsimi rayonunda yerləşən kafedə silahlı insident törədən şəxs tutulub. Rayon Prokurorluğundan Bolgexeber.com xəbər portalına verilən məlumata görə, həmin şəxs peşəkar idmançı olan 28 yaşlı İlqar Əbdürrəhmanovdur. İ.Əbdürrəhmanov iyunun 29-da səhər saatlarında “Şamaxinka” adlanan ərazidə yerləşən “Arzular” kafesində 24 yaşlı Müslüm Əliyevi gülləliyib.
İ.Əbdürrəhmanov M.Əliyevi güllələməsini onu söyməsi ilə əsaslandırıb. İlkin dindirmə zamanı verdiyi ifadəsində göstərib ki, M.Əliyev sərxoş vəziyyədə onu söyüb. Buna görə də silaha əl atıb.
Zərərçəkmiş M.Əliyevlə bağlı məlumatlar əldə etmişik. Məlum olub ki, M.Əliyev əvvəllər də söyüşünün bəlasına düşüb. O, 2010-cu ilin fevralında Zaqatala şəhər avtovağzalında yolun kənarında dayanmış sürücünü söyüb və ona xəsarət yetirib.
Zaqatala rayon Məhkəməsinin hökmü ilə o, xuliqanlıq və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə maddələri ilə təqsirləndirilərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
M.Əliyev güllələnəndən sonra da özünü dinc aparmayıb. Yaralı vəziyyətdə xəstəxanaya gətirilən zaman xəstəxanada həkimləri aldadıb. O, 1 saylı Şəhər Xəstəxanasında özünü Ruslan Ələkbərov kimi təqdim edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər