Şamaxıdakı eşşəyin əhvalatı böyüyür
5-07-2011, 10:45
Oxunub: 7 469
Bir neçə gündür Azərbaycan mətbuatında haqqında yazılar gedən eşşəyin abidəsi dağıdıldı
Şamaxı rayonunun girəcəyində qoyulmuş eşşək heykəli bu gün
günorta dağıdılıb. Bu barədə musavat.com-a rayondan keçən əməkdaşı xəbər verib.
Əməkdaşımız isti hava şəraitinə baxmayaraq, söküntü işlərinə cəlb edilmiş texnika və fəhlələrin araba çəkən eşşək heykəlinin ətrfında görərək hesab edib ki, onlar abidəni demontaj edirlər. Ancaq məlum olub ki, bunlar haya gələn adamlardır. Heç demə, ondan bir az əvvəl "KamAZ" markalı yük maşınının naməlum sürücüsü ağır tonnajlı maşını abidəyə çırparaq onu dağıdıb və sürüb aradan çıxaraq gizlənib. Hazırda Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tam şəxsi heyətlə səfərbər olunaraq naməlum sürücü axtarırlar ki, bu vandalizm aktına görə onu məsuliyyətə cəlb eləsinlər.
Xatırladaq ki, adı çəkilən məkanda bir neçə gün idi həmin abidə quraşdırılmışdı Abidənin Şamaxının icra başçısı Asif Məmmədovun təşəbbüsü ilə qoyulduğu bildirilirdi.
Şamaxı rayon ictimaiyyəti eşşək heykəlinə etiraz edir, qəzetlər isə bu barədə yazırdılar. Əslində isə bu, eşşəyə qoyulmuş heykəl deyil, daha çox arabaçıya, eşşək arabası ilə ot daşıyan kəndliyə qoyulmuş heykəl idi.
Eşşək heykəlini "KamAZ"la vurub uçuran sürücü Vüqar Nİftəliyev saxlanılıb. Şamaxıdakı mənbələrdən aldığımız bilgiyə görə, rayon polis idarəsində saxlanılan Niftəliyevə işgəncə verilir. Yerli sakinlər sürücünün həbsindən hiddətlənib və onun sərbəst buraxılmayacağı halda etiraza qalxa bilər.
Vüqar Niftəliyev polisə günahkar olmadığını bildirib. Bu barədə redaksiyamıza yerli mənbələrdən məlumat verilib. Məlumata görə, V.Niftəliyev polisə deyib ki, sırf təsadüf nəticəsində, qəzadan yayınmaq istərkən maşınını eşşək heykəlinə çırpıb. Sürücü deyib ki, baş verən sırf yol qəzasıdır, maşını eşşək heykəlinə çırpmaqda heç bir xüsusi məqsədi olmayıb.
DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidov "Azadlıq" radiosuna deyib ki, iyulun 4-də Şamaxı polisinə eşşək abidəsinin bir «Kamaz» maşını tərəfindən dağıdıldığı haqda məlumat daxil olub. Polis araşdırma aparıb və sürücünün şəxsiyyətini müəyyənləşdirib. Ehsan Zahidov deyib ki, sürücünü polisə gətirən zaman o, müqavimət göstərib, şöbədə isə pəncərə şüşələrini qırıb: «Buna görə də iş rayon prokurorluğuna verilib. Sürücüdən isə izahat alınıb və o sərbəst buraxılıb».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər