Bakı sakinləri avtoşu yol polisinin əlindən necə qopardılar?
6-07-2011, 10:45
Oxunub: 3 617
Hiddətlənən polisin acığını çıxarmaq üçün fərqli yola əl atdığı bildirilir.
Bakının mərkəzində "maraqlı" gecə şousu polisi özündən çıxarıb. Hadisə şahidlərinin Bolgexeber.com-a verdikləri məlumata görə, yol polisinin yaxalamaq istədiyi avtoşu sakinlər xilas ediblər. Avtoxuliqanların toplaşma meydanı sayılan "Beşmərtəbə" adlanan ərazidə 2 dövrə vuran "VAZ-2107" markalı avtomobil 3-cü cəhdində aşıb. Arxası üstə düşən "Jiquli"ni ətrafdakı şəxslər çeviriblər. Avtoş yol polisi gələnədək aradan çıxıb. Onu ələ keçirə bilməyən polis əməkdaşları isə hiddətlənərək uğursuz "kaskadyor"un azarkeşlərinə daş atmaqla acıq çıxıblar.
Bakı şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov faktı təsdiq etsə də, polisin ərazidə toplaşanlara avtomobil sahibinə kömək etdiklərinə görə daş atması barədə məlumatı şayiə adlandırdı.
Bölmə rəisi bildirdi ki, gecə saat 01:50 radələrində Yasamal rayonu, Beşmərtəbə adlanan ərazidə ağ "VAZ-2107" markalı avtomobil dövrə vurarkən aşıb, arxası üstə qalıb. Yol polisinin operatoru hərəkətə nəzarət edərkən bu görüntünü qeydə alıb və dərhal yaxınlıqda xidmət göstərən yol patrul xidməti əməkdaşlarını məlumatlandırıb. Olaydan təxminən 5 dəqiqə sonra hadisə yerinə gələn polis əməkdaşları gördükləri mənzərədən hiddətləniblər: aşmış avtomobilin ətrafına toplaşan sakinlər polis gələnədək sürücüyə köməklik göstərərək maşını əvvəlki vəziyyətinə qaytarıblar və o, hadisə yerindən sürətlə uzaqlaşıb.
V.Əsədov əlavə etdi ki, hazırda həmin avtomobilin sahibi axtarışdadır. Tezliklə həmin şəxs tutularaq məsuliyyətə cəlb olunacaq.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes