Nazir mobil operatorlari tənqid edib
29-07-2011, 17:35
Oxunub: 5 552
«Azercell» və «Bakcell» mobil operatorları hökumətin qoyduğu şərtləri qəbul edən kimi onlara 3G xidmətləri göstərmək üçün lisenziya veriləcək.
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir deyib ki, bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən gərəkli olan bütün addımları atıb.
Ə.Abbasov hökumətin 3G lisenziyası üçün irəli sürdüyü şərtləri açıqlamaqla yanaşı, «Azercell» və «Bakcell»in bu məsələdə bəzi tərəddüdlər etdiyini də deyib: «3G lisenziyasını almaq üçün «Telekommunikasiya haqqında» qanuna əsasən hazırlanmış qaydaları qəbul edən kimi onlar bunu alacaqlar. Amma nədənsə həm «Azercell», həm də «Bakcell» bu məsələdə tələsmirlər».
Nazir deyib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən operatorların şəbəkəsi şəffaf olmalıdır: «Yəni orada operatorlar arasında olan trafik mübadiləsi görünməlidir. İkinci ən böyük tələb daşınan nömrələrə keçilməsidir. Çox təəssüf ki, operatorlar, xüsusilə də «Azercell» nədənsə buna həvəs göstərmir. Artıq bütün inkişaf etmiş ölkələrdə vahid daşına bilən nömrə prinsipi həyata keçirilir. Üçüncü ən böyük tələb isə operatorlar arasında trafik mübadiləsində qiymətin aşağı salınmasıdır. Bu gün o, Azərbaycanda 5 qəpikdir. Bu da ümumi qiymətin yüksək olmasına gətirib çıxarır. Ona görə də artıq belə bir qərar qəbul edilib ki, trafik haqqı 2 qəpiyə endirilsin. Buna da «Azercell» və «Bakcell» razı olmurlar. Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər