BolgeXeber.Com » Analitika » “Xoşbəxtlikdən” özünü yandıranlar

“Xoşbəxtlikdən” özünü yandıranlar

2-02-2014, 08:30
Oxunub: 5 281 Tez-tez mətbuatda cürbəcür beynəlxalq təşkilatların dünyanın “ən xöşbəxt” ölkələrinin siyahısına rast gəlmək olur. İctimaiyyətdə maraq doğuran bu cür siyahılarda Azərbaycanın adının bir qayda olaraq axırıncı sıralarda qərarlaşması bir tərəfdən başadüşüləndir. Çünki 20 % torpağI işğal olunmuş ölkənin xəşbəxtlərin reytinqində liderlik etməsi də təəsüf və təəcüb doğurardı. Bu tip reytinqlər adətən siyasi azadlıq, əhalinin sosial müdafiəsi, korrupsiyanın mövcudluğu kimi kriteriyalar əsasında tərtib olunur və onlara da bir qayda olaraq Avropa, ələlxüsus Skandinaviya ölkələri başçılıq edir. Görəsən niyə “Eurovision-2012” bizdə keçirilə-keçirilə, Avropanın ən böyük paxlavası bizdə kəsildiyi, ilk Avropa Oyunları 2015-də bizdə keçirələcəyi halda biz xöşbəxt ola bilmirik, ancaq maliyyə böhranı bürüyən Avropa ölkələri xöşbəxt olmaqda davam edir?! Deməli məslələ təkcə pulda deyil . Bizim insana xöşbəxtlik üşün çox şey də lazım deyil.

Bizim tipik ailə qışa 50-60 dənə balon xiyar-pomidor şorabası tutursa, ayda- ildə bir dəfə ailəvi türk lahmacununda oturub mədəni çörək yeyirsə artıq özünü xöşbəxt hiss edir. Xöşbəxtlik üçün bizə ayda hətta 400-500 manat da bəs edir. Biz ayda 3-4 min yevro alan və ölkələrində qiymətlər bizdən də ucuz olan, yüksək sosial təminatdan “quduran” avropalılar kimi naşükürlük edib hökumətdən narazılıq etmərik. Biz yalnız məmurların özbaşnalığından narazıyıq ki, onların da, bizim düşüncəmizə görə dövlətə aidiyyatı yoxdur. Şikayət demişkən bilmirəm bu , bizim ulu babalarımızın atəşpərəst olmasından, yoxsa başqa səbəbdən irəli gəlir, ancaq ölkədə intiharın özünüyandırma növünü seçənlərin sayı durmadan artıb.

Hər halda millət özünü xöşbəxtlikdən yandırmır. Camaat “haqqın yolunu” tapıb. Millət gördü ki, bu axırıncı varianta yuxarıdan güclü reaksiya olur, elə bil həvəsə gəldi. Elə gündə eşidirsən ki, kimsə özünü hardasa yandırır, ya da filan faxtı filan yerdə yandıracağını elan edir . Sovet dövrünü pisləyirik, amma onun da yaxşı cəhətləri də var idi. Məsələn, adi vətəndaşın vəzifəli şəxsdən şikayət etməsi kifayət idi ki, sosial problemin həll olunsun. Ancaq indi elementar sosial yardım almaq üçün belə çıxır mütləq gərək özünü yandırasan. Məmur altı ayıın pulunu səndən almasa səni 6 ay “xöşbəxt” edən deyil. Kənardan da deyirlər özünə qəsd etmək günahdır. Bəs Qarabağ veteranının haqqını yemək , onu bu həddə çatdırmaq günah deyil?!
Dövlət qurumlarının önündə özünü yandıranların arasında Qarabağ qazilərinin üstünlük təşkil etməsi onu deməyə əsas verir ki, bizim korrupsioner məmurlar (başqa cürəsi bizdə onsuz da olmur) çox güclü “düşməndirlər” ki, qazilər ermənilərlə bacarsalar da, onlarla bacarmırlar.

Adamı yandıran da budur. Əslində Avropada yaşamaq üçün mütləq Avropaya getmək də lazım deyil. Liftdə tüpürmə, küçəni zibilləmə , zibili zibil yeşiyinin kənarına atma, qanunlara riayət et , rüşvət nə al, nə də ver , mədəni ol və bir də görəcəksən sivil bir ölkədəsən. Necə də asan ,ancaq heyif ki, bunlar bizim üçün hələ ki , mürəkkəbdir . Düzdür oralarda eynicinsli nigahlara icazə veilməsini , narkotikanın leqallaşmasını düşünəndə fikirləşirsən ki, siyahıdakı həmin xöşbəxt ölkələr də başqa tərəfdən bədbəxtdirlər. Əlbəttə zay elə Avropada da zaydır... Camaat bir yana qalsın , məmurları sadə insanlar kimi velosipedlə, tramvayla işə gedən xöşbəxt ölkələrin iqidarları da bizim iqtidardan fərqlidir. Həmin 150 ölkə sırasında öndə gedən ölkələr bəlkə də ona görə xöşbəxtdirlər ki, onların iqtidarları bizdəkinin əksinə olaraq vətəndaşından almaqdansa, ona verirlər. Bizimki isə “al mollasıdır”, verməklə arası yoxdu.

Mən hələ təəcüb edirəm ki, nə əcəb indiyəcən iqtidar rəsmilərindən kimsə bu sayaq siyahıları, hökuməti tənqid edən beynəlxalq təşkilatların hesabatları kimi qərəzli hesab etməyib. Axı məntiqlə əgər onların dediyi kimi ölkə günü-gündən inkişaf edirsə biz xöşbəxt olmalıyıq və həmin siyahılarda öndə getməliyik . İqtidara nə var ki, son zamanlar ölkəni bürüyrən intihar dalğasını da yazacaq inkişafın ayağına, deyəcək ki, bəs inikaf etmiş ölkələrdə də intiharın səviyyəsi yüksəkdir. Ancaq məsələ orasındadır ki, o ölkələrdə özlərinə qəsd edənlər əsasən bizdəki kimi kasıbçılıqdan yox , həyatlarını mənasız bilib qəsd edənlərdir. Bizdə intiharlar isə siyasi deyil, daha çox sosial,hüquqi xarakterlidir.
Mən belə başa düşürəm, demokratik ölkələrə gedən kimi adam avtomatik xöşbəxt, oralardan bizə gələn isə avtomatik bədbəxt olur. Çünki xöşbəxtlik fərdi anlayış olsa da o yoluxucudur və harada kı, xöbəxt adamların sayı çoxdur, o ölkə də xöşbəxtdir.

P.S. Səs-küylü neft gəlirlərindən bizə qalan deyəsən elə ancaq özümüzü yandırmaq üçün bir kanistr benzin olacaq...
İmran Kərimli