BolgeXeber.Com » Analitika » Aqiyə Naxıçıvanlı Gülər Əhmədovanın taleyini yaşaya bilər

Aqiyə Naxıçıvanlı Gülər Əhmədovanın taleyini yaşaya bilər

7-03-2014, 12:50
Oxunub: 5 611 Gəncədə filialında 220 saxta diplomun bir ucu AMİ-nin direktoruna gəlib çıxır

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialında 220-dən artıq saxta diplomun aşkarlanması ilə bağlı Baş Prokurorluq araşdırma aparır. Bununla əlaqədar bir müddət əvvəl məlumat yayan sözügedən qurum istintaqın davam etdiyini bildirmişdi. Bolgexeber.com bildirir ki, hadisələrin indiki şəkildə gedişatı AMİ-nin direktoru Aqiyə Naxçıvanlının da keçmiş deputat Gülər Əhmədovanın taleyini yaşaya biləcəyindən xəbər verir. Belə ki, təkcə Gəncə deyil, həmçinin Qazax filialında da ayrı-ayrı şəxslərə verilmiş onlarla saxta diplomla bağlı məlumatlar ortaya çıxıb. Üstəlik, bununla əlaqədar aldadılmış valideynlər külli miqdarda pullar xərclədiklərini dilə gətiriblər.

Məlumatlara görə, bu diplomların biri minimum 10 min manatdan satılıb və filial rəhbərləri valideynləri əmin edib ki, sənədlər Təhsil Nazirliyində rəsmi qeydiyyatdan keçiriləcək. Amma sonradan məlum olub ki, diplomlar heç bir yerdə qeydiyyatda yoxdur. Ümumilikdə götürdükdə saxta diplom alverindən əldə edilən gəlirin həcmi illik 2-3 milyon manat təşkil edib. Üstəlik, AMİ-nin filial rəhbərlərinin bu işi təkbaşına həyata keçirə biləcəkləri qəti inandırıcı deyil. Eyni zamanda, məsələdən institutun direktoru, deputat Aqiyə Naxçıvanlının da xəbərdar olmaması inandırıcı görünmür.

Amma Bolgexeber.com-un dəqiqləşdirdiyi bir başqa məsələ də odur ki, AMİ-də problem təkcə saxta diplomlarla bağlı deyil, həmçinin qeyri-qanuni yollarla tələbə qəbulundan ibarətdir. Bu məsələni hazırda araşdırırıq və yaxın günlərdə olduqca ilginc məlumatları diqqətinizə çatdıracağıq.
Bolgexeber.com