BolgeXeber.Com » Analitika » Ölkənin “Baş uşaq cərrahı” necə alim olub?-Video

Ölkənin “Baş uşaq cərrahı” necə alim olub?-Video

17-03-2014, 12:45
Oxunub: 5 712 Asim Uluxanovun korrupsiya əməlləri...

Qafqaz Xəbər Agentliyinin əməkdaşı ölkədə uşaq ölümləri ilə bağlı mövzunu araşdırarkən məlum oldu ki, bu problemin yetərli hissəsi uşaq cərrahiyyəsi ilə bağlıdır. Yəni uşaq cərrahiyyəsi sahəsində ciddi problemlərin olması uşaq ölümlərinin statistikasına ciddi təsir edir. Ona görə də istər-ustəməz uşaq cərrahiyyəsi sahəsinə məsul olan şəxslərin fəaliyyəti ilə maraqlandıq. Məlumdur ki, Səhiyyə Nazirliyində səhiyyənin müxtəlif sahələri üzrə ölkənin Baş mütəxəssisi vəzifəsi var.

Araşdırma zamanı məlum oldu ki, ölkənin “Baş uşaq cərrahı” Asim Uluxanovdur. Ən maraqlısı odur ki, bu şəxs uşaq xəstəlikləri üzrə mütəxəssis deyil. Məlumat üçün bildirək ki, 14 yaşadək şəxslərin, yəni uşaqların xəstəlikləri ilə Tibb Universitetinin pediatriya fakültəsini bitirmiş mütəxəssislər məşğul olur. Asim Uluxanov isə Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirməsinə baxmayaraq, uşaq xəstəlikləri üzrə bircə gün təcrübəsi olmadan ölkənin ən böyük xəstəxanasının “Uşaq cərrahiyyəsi” şöbəsinə müdir təyin olunub.

Bu azmış kimi Asim Uluxanov böyük bir xəstəxananın “partkom”u “seçilib”. Həmin dövrün şahidləri danışır ki, Asim Uluxanov “partkom” olandan sonra partiyaya qəbulun qiyməti 1000 rubla qalxdı. Həkimlərdən rüşvət yığmaq məsələsi açıq bazara çevrildi. Həkimlərdən elədikləri əməliyyatların sayına uyğun olaraq pul tələb olundu. Hətta rüşvət vermək istəməyən həkimləri partiyadan qovdular. Asim Uluxanov “partkom” olanda 6 nəfər azərvaycanlını partiyadan qovdurdu.

Vəziyyət o dərcədə biabırçı həddə çatdı ki, növbəti “partkom” seçkisində 26 nəfər partiya üzvündən 24 nəfəri onun əleyhinə səs verdi. Ancaq Asim Uluxanov yığdığı pullardan yuxarılara ötürərək hətta partiya iclasını yenidən keçirmək və təzədən “partkom” seçilmək məsələsini gündəmə gətirdi. Belə olanda bütün partiya üzvləri dirəniş göstərərək onu “partkom”luqdan qovdular. Araşdırma zamanı o da məlum oldu ki, Asim Uluxanovun alimliyi də saxtadır. Belə ki, bircə gün yanıq şöbəsində işləməyən, bu şəxs “Yanmış xəstələrin yanıqdan sonrakı reabilitasiyası” mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb. Hansı ki, Asim Uluxanov bircə nəfər də olsun yanmış xəstəni müalicə etməyib.
Məlumatlı mənbənin bildirdiyinə görə, bu elmi işi 10 min manat qiymətinə yanıq sahəsi üzrə mütəxəssis, professor Arif Mustafayev yazıb.
Hazırda Klinik Tibb Mərkəzində “Uşaq cərrahiyyəsi” şöbəsində müdir işləyən, ölkənin “Baş uşaq cərrahı” Asim Uluxanovla bağlı araşdırmamız davam edir.

“Baş uşaq cərrahı”nın indiki siyasi fəaliyyəti, biznesmenliyi və digər məsələlər növbəti yazının mövzusudur.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.