BolgeXeber.Com » Analitika » Nidza məmurlarımız

Nidza məmurlarımız

21-03-2014, 08:35
Oxunub: 4 453 Tağı Əhmədov işdən çıxarıldı, indi növbə 292 min 557 məmurundur...

Azərbaycan elə bil ölkədir ki, burada iqtidarda kimdirsə camaat da, elə onu dəstəkləməyə meyllidir. Bəlkə də bu milli bir cəhətdir. Çünki hətta xaricdə yaşayan azərbaycanlılar belə bir qayda olaraq yaşadıqları ölkələrin iqtidarlarına səs verir. Hətta həmin iqtidar antidemokratik olsa belə. Bunun bir səbəbi fikrimcə bizim cəmiyyətdə , “təzə gələn bundan da pis olacaq” stereotipinin formalaşmasıdır. Şahsevərlik elə bil artıq millətimizin təhtəlşürüna oturub. 1935-ci il mayın 4-də Kreml sarayında hərbi akademiyaların müdavimləri qarşısındakı çıxışında Stalinin işlətdiyi “Hər şeyi kadrlar həll edir” sözü sonradan dillər əzbəri olmuşdur. Təəsüf ki, bu məşhur fikir Azərbaycanda hələ də öz aktuallığını irirməyib və üstəlik daha iyrənc məna daşımağa başlayıb.Təsdüfi deyil ki, son zamanlar ölkədə işlənən ən populyar söz birləşmələrindən biri “məmur özbaşnalığı”dır.
Fikir vermişəm , bizdə adi vətəndaşdan prezidentəcən hamı məmurlardan və ya məmur övladlarının qudurğanlığından şikayət edir. Camaatın şikayətini başa düşmək olar, onun əlində yalnız deyinmək “hüququ” qalıb, ancaq hökumət məmurlardan kimə şikayət edir, müəmmalıdır. Tez-tez iqtidar mənsubları efirlərdən bəyan edir ki, xalqa xidmət etmək məmurların borcudur , qanunla xalqın xidmətçiləri sayılırlar, filan-beşməkan . Hətta prezident qanunları pozan məmurlara neçə dəfə xəbərdarlıq edib ki, özlərini yığışdırsınlar, sadə yaşasınlar, təmtəraqlı məclislər keçirməkdən çəkinsinlər . Açığı bütün bunlardan sonra adamda elə təsəvvür yaranır ki, Azərbaycan Konstitusiya ilə yox, tövsiyyələrlə, mənəvi nəsihətlərlə idarə olunur. Bu çağırışların səmimilik məsələsini qoyaq bir kənara, sual olunur: bəs hökumətə , qanunu pozan məmurları cəzalandırmağa kim mane olur?!. Axı, onları cəzalandırmamaq özü qanunsuzluqdur və bu zövq, kef məsələsi deyil. Necə olur 200 manat oğurlayan adi cibgirə pul verməsə 5-10 il iş verirlər, ancaq dövlət büdcəsini milyonlarla manat “basıb-yeyən” məmur uzağı işdən çıxarılır, ya da pulu əlindən alınır vəssalam. Biri küçədə beş-on nəfərin cibinə girib 5-10 manat oğrayır, digəri isə milyonların cibinə girir. Bu cəhətdən ən qatı cinayətkarları bizdə küçələrdə yox, rəsmi strukturların dəhlizlərində axtarmaq lazmdır. Çünki məmurlar qanunları pozmaqla dövlətin əsaslarını dağıdırlar. Hətta terrorçular belə onların yanında toya getməlidir. Yadınızdadırsa bir müddət bundan əvvəl bizdə antikorrupsiya təbirləri “moda” mindi. Hətta bir-iki gün həqiqətən xırda-para ərizə-zad pulsuz verildi, dövlət xəstəxanalarında başdansovda da olsa pulsuz müayinələr oldu və s. Ancaq sonra hər şey “qaydasına” düşdü, köhnə hamam, köhnə tas oldu, necə ki, olmalı idi. Çünki büdcə təşkilatlarında heç kim 100-200 manata işləmək istəmir.
Bizdə məmurlar vəzifələrini itirəndə elə bil həyatlarını itiirlər. Ona görə yox, onlar xalqa xidmət etmək imkanından məhrum olurlar, ona görə ki, maaşa baxmayan məmurlar böyük gəlirlərindən olurlar. Düzdür bir ara icra hakimlərinin soyqırımı baş verdi , hətta bir-iki naziri-zadı da vəzifədən atdılar, ancaq nə fayda?! Guya vaxtı ilə Əli İnsanovun yerinə Oqtay Şirəliyevin təyin olması ilə səhiyyədə nə müsbət dəyişiklik baş verdi ki, Misir Mərdanovun yerinə Mikayıl Cabbarov gəlməklə təhsildə nə baş verə ? Sistemi dəyişmək lazımdır,sistemi. Sistem dəyişməyincə mahiyyət dəyişən deyil. Çünki bu məmurların hamısının mayası bir xəmirdən yoğrulur. Hökumət Qubada, İsmayıllıda icra başçılarını məlum hadisələrə görə məcbur olub dəyişdi, başqa yüksək çinli kadrların dəyişilməsinin səbəbi isə tamam başqadır. Bizdə kadr dəyişikliyi ona görə baş vermir ki, vurulan məmurlar öz maraqlarını xalqın maraqlarından üstün tuturlar, onların günahı yuxarıların maraqlarını nədəsə tapdamasında, qurbanlıq seçilmələrindədir . Əslində cəmiyyətdə, haqlarında az qala fövqəl qüvvəyə malik gözəgörünməz nidzalar təsəvvürü yaranan məmurlar heç də özbaşına deyillər. Hətta onlar istəsələr belə, onları qanunla işləməyə qoymazlar.
Məmurların gücü bizim zəifliyimizdədir və mifdən başqa bir şey deyil.
Tağı Əhmədov işdən çıxarıldı, indi növbə 292 min 557 məmurundur...
P.S. Siz Allah bizim məmurların hələ bir məntiqinə baxın. Abid Şərifov bu yaxınlarda «Sovetski» məsələsi haqda bunları demişdir: “...mövcud qanunlarımıza görə əhali yalnız razılıqla köçürülə bilər, kim razıdırsa, vəsaitini alsın, istəməyən halallıqla yaşasın. Heç kim zorla köçürülməyəcək” . Camaat razı deyil köçməyə ... Bəs onda nəyin söhbəti gedir ay...
İmran Kərimli