BolgeXeber.Com » Analitika » Səadət Hüseynov dövlət kantorunu şəxsi obyekti kimi işlədir

Səadət Hüseynov dövlət kantorunu şəxsi obyekti kimi işlədir

26-03-2014, 13:00
Oxunub: 9 077 Hacı Asiflə kantor müdirini nə birləşdirir..?

Uzun müddətdir ki, özəl notariat kantorlarının fəaliyyətinə icazə verilməsi məsələsi aktual olsa da bu problem hələki öz həllini tapmayıb. Maraqlıdır ki, az qala strateji sfera olan təhsil, səhiyyə sahəsində özəl ali məktəblər, özəl klinikalar fəaliyyət göstərdiyi halda nə məqsədlə özəl kantorların açılması problemə çevrilib.

Notariat İdarəsinin rəisi Mehman Soltanov öz açıqlamalarının birində bunu belə şərh edir: “Bizdə dövlət orqanlarına müraciət daha etibarlıdır. Vətəndaşlar özəl natariuslara müraciət etməzsə, özəl notariat kontoru fəaliyyətini maliyyələşdirə bilməyəcək”.

Mehman müəllimin sözlərindən belə çıxır ki, o, hələ açılmayan özəl notariat kantorlarının qayğısına qalır..?
Görək, Mehman müəllimin qayğısı sayəsində fəaliyyət göstərən qeyri-özəl ( yəni dövlət ) kantorlarda vəziyyət necədir..?
Əslində bu kantorlar da sahibləri tərəfindən çoxdan özəlləşdirilib. Belə ki, özləri özəl qayda-qanun, özəl tariflər müəyyən edirlər.
Belə notariat kantorlarından birini də Səadət Hüseynov çoxdan özəlləşdirib. Söhbət Baş DYP İdarəsinin inzibati binasında yerləşən 48 saylı notariat kantorundan gedir. Bu kantorda adi xidmət haqlarını da heç olmasa formal olsa da divardan asmırlar. Səadət müəllim bu kantorun həm müdiridir, həm də “tarif şurası”nın sədri. Əlbəttə Səadət Hüseynovun Baş DYPİ-nin Dövlət İmtahan-Qeydiyyat Komissiyasının rəisi Müşfiq Rəhimovla yeznə-qayın olması da ona əlavə “qol-qanad” açmağa şərait yaradıb.

Onu da bildirək ki, Səadət Hüseynov ilk addımlarını Xırdalanda “notarius Ramiz”in yanında atıb və xeyli təcrübə keçəndən sonra 48 saylı notarius kantoruna müdir təyin olunub. Səadət müəllim hərdən hansısa mal-mülk sahibinin özünün iştirakı olmadan belə yaxın tanışlarına nəyinsə qarşılığında etibarnamə verir. Və belə “çirkli məsələləri” Xızı rayonunda yerləşən özünə məxsus olan notarius kantoru vasitəsilə həyata keçirir.
Qafqaznews.az-a daxil olan məlumatda bildirilir ki, hələ vaxtilə 2001-2004-cü illərdə Səadət müəllimin bu əməllərindən Binəqədi RPİ-yə (kantorun binası bu rayonun ərazisində yerləşdiyi üçün ) şikayətlər daxil olanda o vaxtkı rəis Cavadağa Sultanov şikayətləri cırıb zibil qabına atırdı.


Çünki rəis Cavadağa Sultanovla Səadət müəllim həm yaxın dost, həm də şərik olublar. Hazırda Səadət müəllimin köhnə dostu axtarışdadır...

Səadət Hüseynovun başqa “xobbi”ləri də var. Bunun da səbəbi pulun çox olmasından irəli gəlir. Səadət Hüseynovun yaxın dostlarından biri də Hacı Asifdir.


Hacı Asifin adı vaxtı ilə mətbuatda Təhsil Nazirliyinin “maliyyə bosu” Şahrza Əliyevlə xeyli hallandığı üçün “bosu” “istefaya” göndərdilər. Deyəsən, növbə Səadət müəllimindir.

Bizi izləyin.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.