Qaradağın icra başçısı həbs oluna bilər
11-04-2014, 11:50
Oxunub: 5 663
«Vəziyyət o həddə çatıb ki, Süleyman Mikayılovla bağlı şikayət birbaşa olaraq prezidentin masasına qoyulub"
Qaradağ rayonunun icra hakimiyyətinin başçısı Süleyman Mikayılov həbs oluna bilər. Bu şok məlumatı çatdıran hökumət içindəki mötəbər mənbə iddia edir ki, son zamanlar adı bir sıra sahibkarların aldadılmasında hallandırılan, konkret olaraq bir neçə sahibkarla ciddi problem yaşayan Qaradağ rayonunun İH başçısı Süleyman Mikayılov çox ciddi dairələrin qəzəb hədəfinə çevrilib.
Məlumatı dia.az-a çatdıran mənbə iddia edir ki, davamlı olaraq yerli sahibkarları özünün yox, məhz nüfuzlu nazirlərdən birinin adı ilə hədələyən (həmin nazirin adı redaksiyamıza məlumdur -red.) «Çakır» ləqəbli Süleyman Mikayılov bu günlərdə yaxın qohumu vəzifədə olan sahibkarlardan birinə də «ilişib».
Mənbənin söylədikləri: «Vəziyyət o həddə çatıb ki, Süleyman Mikayılovla bağlı şikayət birbaşa olaraq prezidentin masasına qoyulub: «Hər halda, bunun nəticəsi olmalı idi. Artıq Süleyman Mikayılovdan edilən şikayəti müvafiq dövlət qurumları araşdırır. Hətta onun həbsi belə gözləniləndir».
Qeyd edək ki, dünən Süleyman Mikayılovun karxana biznesi ilə bağlı ilginc faktları diqqətinizə təqdim etmişdik. Bu gün isə redaksiyamıza bu yöndən maraqlı məlumatlar daxil olub. Geniş araşdırma faktlarını nəzərinizə çatdıracağıq. Bizi izləməkdə davam edin.
Qarşı tərəfi də dinləməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər