BolgeXeber.Com » Analitika » Mikayıl Cabbarova qarşı müxalifət yaranıb?

Mikayıl Cabbarova qarşı müxalifət yaranıb?

14-04-2014, 05:30
Oxunub: 4 374 Fərzəli Qədirov Mikayıl Cabbarovun təzyiqlərindən qorunmaq üçün özünə qruplaşma formalaşdırıb

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovla bağlı daha bir ilginc məlumat yayılıb. Misir Mərdanovun dönəmindən işləyən və bu illər ərzində ən varlı məmurlar sırasına daxil olan Qədirovun haqqında yeni yayılmış məlumat onun Təhsil Nazirliyində qruplaşma yaratması ilə bağlıdır. Məlumatlarda qeyd olunur ki, Qədirov hələ xeyli əvvəldən işlərini möhkəm tutmaq üçün əksər rayonların təhsil şöbələrinə öz adamlarını rəhbər təyin etdirib. Mikayıl Cabbarovdan öncəyə təsadüf edən bu proseslərin fonunda qısa müddətdə şöbə müdiri bir xeyli rayonu ələ keçirməyə nail olub. TİA.AZ-a çatan bilgilərdə bu sıraya onlarla məktəb direktoru da daxildir ki, onların hər biri aylıq olaraq Qədirov cənablarına yerlərində qalmaq üçün «haqq» verirlər. Məlumatlarda o da deyilir ki, Fərzəli Qədirov qısa müddətdə özünə güclü dəstə yaratdıqdan sonra həm böyük qazanc sahibinə çevrilib, həm də Təhsil Nazirliyində güc mərkəzlərindən birinin başına keçib. Elə buna görədir ki, Mikayıl Cabbarov nazir təyinatı aldıqdan sonra şöbə müdirini işdən çıxara bilmədi. Əksinə, onu işdən çıxaracağı təqdirdə, böyük bir müqavimətlə qarşılaşacağının fərqinə vararaq, geri çəkilməli oldu. Bu əsnada onu da bildirək ki, Fərzəli Qədirovu həmçinin hakimiyyətdəki bəzi adamlar da dəstəkləyirlər. Onun imkanlarından yararlanan həmin məmurlar, eyni zamanda onu qorumağa da çalışırlar. Amma bütün bunların fonunda əsas məsələ Təhsil Nazirliyinin rəsmisinin yaratdığı qruplaşmadır ki, onu elə nazirliyin daxilində müxalifət kimi də qələmə vermək olar. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com