BolgeXeber.Com » Analitika » Mikayıl Cabbarov yalnız özünə yaxın şəxsləri irəli çəkir

Mikayıl Cabbarov yalnız özünə yaxın şəxsləri irəli çəkir

1-05-2014, 06:05
Oxunub: 6 128 Təhsil naziri Mikayil Cabbarovun qohumbazlığı davam edir.

Azərbaycan Dövlət Iqtisad Universitetinin (ADIU) rektoru Ədalət Muradovun imzaladığı əmrə əsasən, Səadət Qəndilova sözügedən ali təhsil müəssisəsinin tələbələrlə iş üzrə prorektoru təyin edilib. Bolgexeber.com yeni prorektor Səadət Qəndilova haqqında qısa arayışı təqdim edir.

Səadət Tağı qızı Qəndilova orta təhsilini 1957-1967-cı illərdə Bakıdakı 190 saylı orta məktəbdə, ali təhsilini isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı Institutu (indiki Iqtisad Universiteti) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində alıb. 1974-cü ildən universitetdə müəllim işləməyə başlayıb. ADIU-nun Həmkarlar Ittifaqı Komitəsinin sədr müavinidir.

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “Idarəetmə” bölməsinin, “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin Ağsaqqallar Şurasının üzvüdür.
Məlumat üçün deyək ki, Ədalət Muradov təhsil naziri Mikayıl Cabbarovla Iqtisadi Inkişaf Nazirliyində iş yoldaşı olub. Onların arasında dostluq münasibətləri var.

Ədalət Muradovun rektor təyin olunmasında Mikayıl Cabbarovun da rolunun olduğu bildirilir. Səadət Qəndilovanın bioqrafiyasına diqqət etdikdə isə aydın olur ki, o, Mikayıl Cabbarovun əvvəlki iş yeri olan “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin Ağsaqqallar Şurasının üzvüdür. Yəni, təhsil nazirinə yaxın kadrdır. Azadlıqa daxil olan məlumata görə, Səadət Qəndilovanın prorektor təyin edilməsində Mikayıl Cabbarovun rol oynayıb.

Ümumiyyətlə, təhsil naziri təyinatlarda yalnız özünə yaxın şəxsləri irəli çəkir. Məsələn, qəzetimizin ötən sayında məlumat vermişdik ki, nazirin köməkçisi Anar Mahmudov Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayevin qaynıdır.
Nazirin Bakı şəhəri üzrə Təhsil Idarəsi müdirinin 1-ci müavini təyin etdiyi Elnur Əliyev isə bundan əvvəl o, “Içərişəhər” Dövlət Tarix və Memarlıq Qoruğu Idarəsində Cabbarovun köməkçisi olub.

Elnur Əliyev həm də Təhsil nazirliyində informasiya şöbəsinin müdiridir. O, yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin insan resursları şöbəsinə müdir təyin etdirib. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur.

Bakı Rabitə Kollecinin yeni direktoru Aydın Əliyev isə Elnur Əliyevin atasıdır.
Mətin Eynullayev nazirin tələbə yoldaşıdır, Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə nazir müavini Ceyhun Bayramovun qohumudur. Ceyhun Bayramov da nazirin yaxın dostudur.

Bolgexeber.com