BolgeXeber.Com » Analitika » "Yaltaqlar dur deyək" səhifəsinin adminin məhkəmə prosesi keçirilib

"Yaltaqlar dur deyək" səhifəsinin adminin məhkəmə prosesi keçirilib

1-05-2014, 18:45
Oxunub: 4 935 Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində facebook fəalı, "Yaltaqlar dur deyək" səhifəsinin admini Abdul Abilovun növbəti məhkəmə prosesi keçirilib.


Prosesdə ilk olaraq hal şahid dindirilib. Hal şahidinin verdiyi izahatla axtarış aparılan evdə uyğunsuzluğun olduğu məlum olub. Belə ki, Əbdülün mənzilə daxil olarkən, yataq otağının hansı istiqamətdə yerləşdiyi ilə bağlı sualına cavab olaraq şahid solda dedikdə, Əbdül ona sən otağa daxil olanda başın divara dəymədi ki, sualın verib. Şahid yox cavabını verəndə Ə. Əbilov evin sol tərəfində otağın deyil, divarın olduğunu qeyd edib.

Hal şahidindən sonra Əbdül çıxışında bildirib ki, onunla DİN-nin MCQMİ-də Facebookda "Yaltaqlara dur deyək" səhifəsini niyə yaratdığını, müxalifətdən kimlərlə əlaqəsi olduğunu, Cəmil Həsənli və Əli Kərimli ilə nə bağlılığı olduğunu soruşublar. Sonra vəkilin vəsatətinə əsasən şahid kimi dindirilən anası və qaynı izahat verib. Qaynı Ramil Əhədov Əbdüllə bərabər əllərini qandallayıb Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparmalarından və onlara olunan təzyiqlərdən danışıb.

Ramil izahatında qeyd edib ki, məhkəmədə hal şahidi kimi dindirilənlərdən birinin qarşısında Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində (MCQMİ) çay, şirniyyat stolu açmışdılar.

Məhkəmə mayın 8-i saat 14:00-a təxirə salınıb.

Bolgexeber.com