Masallı icra başçısı dövlətin pullarını necə mənimsəyir?
2-05-2014, 06:15
Oxunub: 5 475
Rafil Hüseynov büdcə pullarını silmək üçün buna da əl atdı.
Belə davam edərsə, Masallı İcra Hakimiyyəti dövlətin pullarını mənimsəmək üzrə Gennisin rekordlar kitabına düşməli olacaq. Çünki hələlik heç bir rayonda indiyə qədər köhnə beton və daş plitələrdən yolqırağı səkilərin düzəldilməsində istifadə olunmayıb. Amma Masallıda bu ilki icra başçısı Rafil Hüseynov reallaşdırmağa başlayıb.
jam.az xəbər verir ki, rayonun Səfəralı Məmmədov küçəsində «abadlıq» və «quruculuq» işlərinin aparılması istiqamətində fəaliyyətə başlanılıb. Bu zaman yolun genişləndirilməsi təqdir edilsə də, onun kənarlarına inşa ediləcək səkilərin köhnə beton dirəklərdən ibarət olması sözün həqiqi mənasında biabırçılıqdır. İcra başçısı Rafil Hüseynovun «ideyası» olaraq həyata keçirilən işlərdə nə qədər büdcə vəsaitinin mənimsəniləcəyi isə ayrıca araşdırma mövzusudur.
Qeyd edək ki, həmin köhnə beton dirəklərin istismar müddəti başa çatmaqla yanaşı, həm də sənədləşdirmədə yeni adı ilə qeydə alınıb. Əldə etdiyimiz bilgilərdə deyilir ki, həmin səkilər düzəldikdən sonra onun kosmetik təmiri həyata keçiriləcək. Və bununla da rayonda guya, abadlıq və quruculuq işləri aparıldığı təsəvvürü yaradılacaq.
.jpg)

Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər