Şahin Sultanov “Külli miqdarda mənimsəmə”maddəsi ilə ittiham olunur
2-05-2014, 09:05
Oxunub: 5 259
Şahin Sultanov 7 min rüşvət almaqda ittiham olunur.
Hazırda həbsdə olan Müdafiə nazirinin sabiq müavini, hərbi dəniz qüvvələrinin sabiq komandanı vitse-admiral Şahin Sultanovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilir.
Vəkili Adəm Məmmədov çıxış edərək müdafiə etdiyi şəxsin Qarabağ döyüşlərində könüllü şəkildə iştirak etdiyini vurğulayıb:
“Yəqin ki, ölkə ictimaiyyətinin Şahin Sultanovun könüllü şəkildə rəhbərıik etdiyi briqadanın şəxsi heyəti ilə Qarabağ uğrunda gedən döyüşlərdə iştirakından xəbəri yoxdur”.
Vəkil Ş.Sultanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunduğunu vurğulayıb: “ Bu maddədə “Külli miqdarda mənimsəmə” dedikdə 7 min manat və daha çox məbləğ nəzərdə tutulur. Şahin Sultanova da guya 7-8 min manat verildiyi iddia olunur. İndi isə ona qarşı ittihamın necə irəli sürüldüyün açıqlayıram. Təqsirləndirilən şəxs Elxan Hacıyev həbsindən 3 ay sonra vəkilindən imtina edib və öz əleyhinə sərbəst ifadə verib. Bu zaman o, ifadəsində Şahin Sultanova xidməti otağında 8 min manat pul verdiyini bildirib. Lakin üzləşmə istintaq hərəkətində həmin məbləğin 7 min manat olduğunu göstərib. Göründüyü kimi sərbəst ifadə ilə üzləşmə ifadəsi arasında ziddiyyətlər var. Sultanova qarşı verilən ziddiyyətli ifadə onun günahsız olduğunu bir daha sübut edir”.
A.Məmmədov Şahin Sultanovun ailəsi adından prezidentə müraciət edib: “Ailəsi adından prezidentdən bu məsələ ilə maraqlanmağını, İlham Əliyevə daim sadiq qalmış Qarabağ müharibəsi veteranı Şahin Sultanov haqqında açılmış cinayət işi ilə maraqlanmasını xahiş edirik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər