"Odnoklassnik"bir ailənin faciəsinə səbəb oldu
3-05-2014, 07:45
Oxunub: 5 535
Ər özündən 11 yaş kiçik arvadını “Odnoklassniki”ə görə öldürüb.
Ötən gün 12:15-də Bakının Yasamal rayonunda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, H.Zərdabi küçəsi, 71, mənzil 176-da yaşayan 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq qətlə yetirib.
Daha sonra Dilavər Əhmədov polisə zəng vuraraq arvadını öldürməsi barədə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Dilavər Əhmədovu tutub. Qadının meyidi isə tibbi ekspertizaya verilib.
Araşdırmalar zamanı 36 yaşlı Dilavər Əhmədovun keçmiş polis işçisi olduğu məlum olub.
Hadisə şahidləri isə baş verən qətlə səbəb olan məsələni danışıblar. Deyilənlərə görə, Əhmədovlar ailəsinin 3 övladı var. Əvvəllər onlar normal dolanıb. Ərlə arvadın arasında hər hansı bir mübahisə eşidilməyib. Lakin sonradan Günay Əhmədova bir müddət əvvəl sosial şəbəkədə, daha dəqiq “Odnoklassniki”də olarkən əvvəllər tanıdığı bir nəfəri tapıb. Deyilənlərə görə, qadının tapdığı kişi əvvəllər onun sevgilisi olub. Keçmiş tanışını tapan qadın sonradan onunla yenidən münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov məsələdən hali olub.
Bundan sonra cütlük arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik arvadını boğaraq qətlə yetirib.
Faktı Yasamal rayon Prokurorluğu araşdırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər