BolgeXeber.Com » Analitika » "Nə ATƏT,nə Rusiya öz işlərimizi özümüzün yoluna qoymasına imkan yaratmır”

"Nə ATƏT,nə Rusiya öz işlərimizi özümüzün yoluna qoymasına imkan yaratmır”

13-05-2014, 15:15
Oxunub: 2 852 “Fransa Respublikasının prezidenti Fransua Olland Azərbaycana rəsmi səfəri çərçivəsində ölkə müxalifətinin nümayəndələri ilə görüşündən sonra məyus olub”.

Bunu sia-ya millət vəkili Aqil Abbas deyib.

Deputatın sözlərinə görə, Fransua Olland öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycandakı müxalifətə qarşı olan hirsindən hələ də özünə gəlməyib: “Fransalı prezident özü və əri heyvan olan Leyla Yunusun gününə ağlayır. Sadəcə olaraq Fransua Olland müxalifətin bu gününə gülünc bir şəkildə baxaraq ağlayır”.

Aqil Abbas Leyla Yunusun müxalifət radisouna çıxaraq, azərbaycanlı polisi haqlı olaraq təhqir etməsi məsələsinə də aydınlıq gətirib: “Bu insan öz atası ilə birgə başından böyük qələt edir ki, hələ də orada-burada özünə haqq qazandırır.

Millət vəkili ATƏT-in Minsk qrupunun Atəşkəs rejiminin 20 illiyi ilə bağlı bəyanatında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan və erməni xalqı arasında inam və qarşılıqlı anlaşma olmadan mümkün deyil” fikrinə də toxunaraq deyib ki, ATƏT-in Minsk qrupu ancaq yalan danışmaqla məşğuldur: “Əgər onlar Cənubi Qafqazda sülh prosesinin təmin olunmasını istəyirlərsə, o zaman kənara çəkilsinlər. Bu gün nə ATƏT, nə Rusiya, nə də digər bir başqası öz işlərimizi özümüzün yoluna qoymasına heç bir imkan yaratmır”.