BolgeXeber.Com » Analitika » Leyla Yunus Azərbaycan jurnalistlərinə müraciət etdi

Leyla Yunus Azərbaycan jurnalistlərinə müraciət etdi

15-05-2014, 11:35
Oxunub: 3 157 Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Azərbaycan jurnalistlərinə müraciət edib.

Müraciətdə deyilir: Dördüncü hakimiyyətin nümayəndələri, sizlərə böyük təşəkkürlər! Nə qədər ki ölkədə müstəqil KİV və cəsarətli jurnalistlər var, həqiqəti müdafiə etmək şansı var!

Aprelin 28-dən 29-na keçən o dəhşətli gecəni siz mənimlə oldunuz. Siz son vaxtlar prokurorluğun müstəntiqləri, dövlət qurumu olmayan Unibank tərəfindən hüquqi özbaşınalıqla bağlı vəziyyəti izləməkdə davam edirsiniz.



Bu gün – 15 may 2014-cü ildə biz müdafiədən hücuma keçirik. Bəs odlu dəstək – “ağır artilleriya” olmadan, bizim jurnalistlərin dəstəyi olmadan hücuma necə keçməli?

Bizim ən yaxşı vəkillərimiz Leyla və Arif Yunusovlara qarşı qanunsuz hərəkətlərlə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət göndəriblər:

1) Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin qanunsuz, hüquqazidd əməlləri və aprelin 28-də bizim aeroportda qanunsuz saxlanaraq axtarış aparılması;

2) Nizami və N.Nərimanov küçələrindəki mənzillərdə qanunsuz axtarışların aparılması. Üç axtarışa – aeroportda şəxsi əşyaların və iki mənzildə axtarışa dair üç protokolun surətinin verilməsindən imtina edilməsi;

3) Aprelin 28-də aeroportda Leyla və Arif Yunusovların pasportlarının alınması və indiyədək qaytarılmaması;

4) Mənzillərin texniki pasportlarının və mülk kağızlarının qanunsuz götürülməsi, o cümlədən 2011-ci ilin avqustunda Şəmsi Bədəlbəyli küçəsi, 38 ünvanda yerləşən evin dağıdılması və H.Abutalıbovun bu evə görə 178000 manat verməkdən imtina etməsi. Ali Məhkəmə də daxil olmaqla, bütün məhkəmə instansiyalarının qərarlarında məhz bu məbləğ göstərilib. H.Abutalıbov məhkəmənin qərarlarına məhəl qoymur.

5) 2014-cü il aprelin 28-29-da 26 saat ərzində istintaq hərəkətləri zamanı L.və A. Yunusovlara qarşı qeyri-insani, insan ləyaqətini alçaldan münasibətin göstərilməsi;

6) Unibank tərəfindən qanunun pozulması.

Birinci müraciət üzrə dinləmə mayın 16-da saat 16:00-da Nəsimi Rayon Məhkəməsində (hakim Emin Mehdiyev) olacaq.

Əziz jurnalistlər, mayın 16-da saat 16:00-da Nəsimi məhkəməsinə gəlin. Öz güclü “artilleriyanız” ilə bizi dəstəkləyin.