Zakir Həsənov zabitlərin işindən narazıdır
17-05-2014, 11:10
Oxunub: 4 134
Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi polkovnik Rauf Kişiyevin tabeçiliyində çalışan 20-yə yaxın zabit cəbhə xəttində yerləşən hərbi hissələrə ezam olunub
Bu barədə "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Səfər Əbiyev dövründə "isti kabinet”lərində istirahət etməyə öyrəşmiş, Bakı və Bakıətrafı müxtəlif hərbi hissələrdə xidmət edən zabitləri öz qanunsuz hərəkətləri ilə incidən, xüsusilə də məhkəmə proseslərində ədalətsiz davranan bu zabitlərin "iş” qaydalarının müdafiə naziri Zakir Həsənov tərəfindən bəyənilmədiyi deyilir.
"Doktrina” JHAM-a verilən məlumata görə, Zakir Həsənov həmin zabitlərin cəbhə xəttində yerləşən hərbi hissələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi istiqamətində çalışmalarına dair göstəriş verib.
Digər məlumata görə, yaxın aylarda Hüquq İdarəsinin tərkibi Rauf Kişiyev başda olmaqla tam yenilənəcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər