BolgeXeber.Com » Analitika » Əhməd Əhmədzadənin Yevlaxdakı adamı dövləti talan edir

Əhməd Əhmədzadənin Yevlaxdakı adamı dövləti talan edir

27-05-2014, 11:45
Oxunub: 4 516 Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerlərdəki idarələri sözün həqiqi mənasında dövlət büdcəsini talayan əsas qurumlara çevriliblər

Əhməd Əhmədzadənin yerlərdə bölgələrdə fəaliyyət göstərən idarələri hər il dövlətin milyon manatlarla vəsaitini müxtəlif yollarla mənimsəməklə məşğul olurlar. Bunun müqabilində isə istər ölkəninin əkin sahələrinin su ilə təchizatı, istərsə də, su kanallarının və drenlərin vəziyyəti doğurdan acınacaqlı vəziyyətdədir.

Hazırda ölkədə əkin sahələrinin kütləvi şəkildə şorlaşması prosesi gedir və bu şorlaşma prossesi nəticəsində ölkəninin əsas aparıcı iqtisadi sahələrindən biri olan kənd təsərrüfaıtının tənəzzülü cöz qabağındadır. Hər il məhsuldarlığın aqağı düşməsi də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerlərdəki idarələrinin fəaliyyətsizliyinin nəticəsidir. Halbuki hər il Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerlərdəki idarələrinə dövlət tərəfindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq bu milyonların mənimsənilməsi faktı da ortadadır.

Təsadüfi deyil ki, bu gün bölgələrdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarələrinin müdirləri rayonların ən varlı şəxsləri hesab olunur. Hətta əminliklə demək olar ki, Əhməd Əhmədzadənin yerlərdəki idarə müdirləri rayonlarda məmur-oliqarx olaraq ianınırlar. Onların topladıqları sərvətlər artıq özlərini oliqarx kimi aparmağa yetir.

Əhməd Əhmədzadənin daha bir oliqarx idarə müdirini oxucularına təqdim edir.

PİA.AZ-a Yevlaxdan daxil olan məlumatda bildirilir ki, Yevlax Suvarma Sisitemləri İdarəsinin müdiri Telman Əsədov dövlətdən mənimsədiyi vəsaitlər hesabına miyonçuya çevrilib. Qeyd edək ki, Yevlax rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma sistemləri İdarəsi, Yuxarı Şirvan Kanalı İstismar idarəsi, Yuxarı Qarabağ İstismar İdarəsi, Yuxarı Şirvan İriqasiya Meşə Təsərrüfatı İdarələri fəaliyyət göstərirlər. Rayonda 80 min hektara yaxın suvarılan topraq sahələri var və bu torpaqların suvarılma mənbəyi əsasən Kür çayı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, Tərtər və Əlican çaylarından götürülür.

Daxil olan məlumatda göstərilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Yevlaxdakı idarə müdirləri sözün əsl mənasında kiçik oliqarxlara çevriliblər. Belə ki, dövlətdən qeyd etdiyimiz idarələrə ayrılan vəsaitlər məhz bu kçik oliqarxlar tərəfindən müxtəlif işlərin görülməsi adı ilə silinərək mənimsənilir.

Yevlaxın ən varlı idarə müdirlərindən biri isə rayonun Suvarma Sistemləri İdarəsinin müdiri Telman Əsədov hesab olunur. Bildirilir ki, Telman Əsədov hər il dövlətin yarım milyona yaxın vəsaitini müxtəlif yollarla mənimsəyir. Təkcə onu qeyd etmək kifayətdir ki, Yevlax Suvarma Sistemləri İdarəsinə ötən il nə az, nə çox, təxminən 800 min manatdan çox vəsait ayrılıb. Bundan başqa vətəndaşlarda 600 min manata yaxın su pulu toplanıb. Təqribən 1 milyon yarım vəsaitin bir idarə müdirinin hara sərf elədiyini isə rayonda çox az adam bilir. Təbii ki, Telman Əsədovun tərtib etdiyi sənədlərdə vəsaitin hara xərcləndiyi göstərilib. Amma ortada görülən iş yoxdur.

Məlumatda qeyd olunur ki, dövlətdən mənimsənilən vəsaitlə hesabına Telman Əsədovun Yevlax şəhərində 3 mağazası, 1 restoranı, 1 gözəllik salonu, 1 tikinti matrealları mağazası, 100 hektara yaxın torpaq sahəsi, həmçinin ferması, Bakı şəhərində 4 evi, 1 ehtiyyat hissələri mağazası, qiyməti 70 min manatdan başlayan” İnfinti”, “Prado Lexsus” və “Mersedes” markal aftomobilləri var.

Mənbə bildirir ki, bu sadalananlar Telman Əsədovun sərvətinin çox cüzi hissəsidir.

Qeyd edək ki, Yevlax Suvarma Sistemləri İdarəsinin müdiri Telman Əsədovun böyük korrupsiya əməlləri ilə bağlı məlumatları yaxın gündə oxucularımızın diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…