BolgeXeber.Com » Analitika » SHXÇDX-nin Cəlilabad rayon şöbəsindən şikayətlərin ardı-arası kəsilmir

SHXÇDX-nin Cəlilabad rayon şöbəsindən şikayətlərin ardı-arası kəsilmir

3-06-2014, 10:25
Oxunub: 3 739 Bolgexeber.com-a şikayət edən Cəlilabad rayon Göytəpə şəhər sakini Qarabağ döyüşçüsü Eynalov Vasif İmanxan oğlu bildirir ki o, 1992-ci ilin mart ayının 11-də İndiki Heydər Əliyev adına Hərbi Akademiyasının daxilində olan hərbi hissəyə Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış bölməsindən xidmətə göndərilib. "40 gün təlim keçdik, Bakı şəhər Müşfiqabad qəsəbəsində yerləşən, Üçtəpə Təlim Tədris Mərkəzində bir müddət olduqdan sonra 1992-ci ilin Avqustun 26-da keçmiş Müdafiə Naziri Rəhim Qazıyevin əmirinə əsasən Kəlbəcər polkunun tərkibinə verildik. Avqust ayının 27-də isə 400 nəfər əsgər heyyəti mənimlə birgə, Fizuli rayon Əhmədbəyli qəsəbəsinə 741-N saylı hərbi hissənin tərkibində xidmət etməyə başladı. Xidmətim zamanı Qarabağ bölgəsinin qaynar nöqtələrində, Fuzuli, Beylaqan Laçın, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. 1994-ci ilin mart ayında Xocavənd rayonu Şişqaya deyilən istiqamətində gedən qızğın döyüşlərdə bədən nahiyyəmdən və sağ əlimdən güllə yarası aldım. Yaralandığıma görə, Beylaqan rayonunun Şestoy adlanan qəsəbəsində yerləşən Qospitalda müalicə aldım. 1996-cı ilin 29- iyul tarixli Ali Baş Komandanın əməirinə əsasən xidmətdən təxris olunmuşam".
Şikayətçi bildirir ki o, Vətənin ağır günlərində fədakarlıq etsə də , bu günə kimi, Qarabağ iştirakçısı adını ala bilmir. Qanı bahasına döyüşdüyü müharibə iştirakçısı adını ona pulnan satırlar.
"Dəfələrlə Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış bölməsinə və Müdafiə nazirliyinə müraciət etsəm də kimsə mənimlə maraqlanmayıb. Onu deyə bilərəm ki, bir necə il bundan öncə çağrış şöbəsində məndən 400 manat pul aldılar ki, Müdafiə Nazirliyinə verməliyik, sizə Müharibə döyüşçüsü vəsiqəsi versinlər. Artıq neçə il keçib kimsə mənimlə maraqlanmayıb. Özüm maraqlananda da deyirlər, ki bu çətin məsələdir. Sizin kimi yüzlərlə döyüşçü var. Onların da sənədi yoxdur",-şikayətçi bildirir.
Şikayətçi Vasif Eynalov onu da bildirir ki o, döyüş zamanı aldığı güllə yarasından qospitalda müalicə olmasına baxmayaraq yaralanması barədə ona hər hansı bir sənəd verilməyib:" Sanki bu vətən uğurunda döyüşüb canından keçən mən deyilmişəm.
Xahiş edirəm mənim problemlərimi mətbuat vastəsi ilə, Dövlət qurumlarının diqqətinə çatdırasınız".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com-a