BolgeXeber.Com » Analitika » Vətəndaş banka təzədən rüşvət verməli olacaq-Şikayət

Vətəndaş banka təzədən rüşvət verməli olacaq-Şikayət

11-06-2014, 16:35
Oxunub: 3 585 Sahil filialının rəhbəri Ehtiram Əliyev suallarımıza cavab verdi

Bir neçə gün öncə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsi 6 a, mənzil 7 ünvanda yaşayan Şıxməmmədov Fazil Bəzirgan oğlu Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət etmişdi. Müraciətin qısa məzmunu belə idi. Vətəndaş 2007-ci ilin oktyabr ayında yaşadığı evi girov qoyaraq Beynəlxalq Bankın ( BB ) Sahil filialından 1 il müddətinə 22.000 ( iyirmi iki min ) ABŞ dolları kredit götürüb. Krediti götürəndə “şapka” verməli olur. Bir müddət müntəzəm olaraq krediti vaxtlı-vaxtında ödəyəndən sonra problem yarandığı üçün kreditin müddəti bank tərəfindən 1 il uzadılır.
Nəhayət bank problemli kreditlə bağlı Sabunçu rayon məhkəməsinə müraciət edir. Və Sabunçu rayon məhkəməsinin 03 fevral 2010-cu il tarixli qətnaməsi ilə bankın iddiası qismən təmin olunur. Və qətnamədə bankın xeyrinə Fazil Şahməmmədovdan 17.709 ABŞ dolları tutulmaq tələb olunur. Vətəndaş məhkəmənin qətnamədə tələb elədiyi 17.709 ABŞ dolları bankın hesabına ödəyir. Və haqlı olaraq bankdan girov qoyduğu evin “kupça”sını istəyir. Ancaq bankın rəhbəri Ehtiram Əliyev əlavə 5000 manat tələb edərək “kupça”nı qaytarmır.

Vətəndaş soruşur ki, əgər bank məhkəmənin qərarından narazı idisə, niyə apellyasiya şikayəti vermədi? Digər tərəfdən bankın məhkəmə qərarını saya salmaması nə deməkdir?
Bütün bu suallarla bağlı əməkdaşımız araşdırma aparmalı olub.
Əməkdaşımızın “şapka” ilə bağlı sualına Ehtiram Əliyev belə cavab verib: “ Əgər Fazil Şahməmmədov kredit götürəndə həqiqətən də rüşvət veribsə, qoy indi də rüşvət verib “kupça”sını geri alsın”.
Ehtiram Əliyev məhkəmənin qərarı ilə tam razı olduqlarını bilirməklə yanaşı, həm də əlavə edir ki, 5000 manatı verməsə, biz vətəndaşı yenidən məhkəməyə verə bilərik. Bank rəhbəri hansı məntiqlə həm məhkəmənin qərarı ilə razı olduğunu, həm də vətəndaşdan əlavə pul tələb eləməyi əsaslandıra bilmir.
Əməkdaşımızın 5000 manat pul tələbi ilə bağlı nə üçün Şahməmmədova rəsmi göndəriş göndərmirsiniz sualına Ehtiram Əliyev konkret cavab verə bilmir.Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Qafqaznews.az