BolgeXeber.Com » Analitika » Nazir oğlu 22 cangüdənlə gəzir-Foto

Nazir oğlu 22 cangüdənlə gəzir-Foto

11-06-2014, 14:15
Oxunub: 3 728 Anar Məmmədovun “kübar həyat” tərzi
Bir neçə gün öncə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Qubada keçirilən qolf turnirinə rəhbərlik edirdi. Anar Məmmədov həmin tədbirə tanınmış sənət insanlarını, məşhur simaları da dəvət edib. Bunu saytların tədbirlə bağlı yerləşdirdiyi fotolardan da görmək olur.
Tədbirdə iştirak edən möhtəbər mənbənin Qafqaz Xəbər Agentliyinə(qafqaznews.az)verdiyi məlumata görə Anar Məmmədov tədbir vaxtı nə az, nə çox düz 22 nəfər cangüdənlə qəzirdi. Görəsən, Anar Məmmədov hansı yüksək dövlət postu tutur? Yaxud nazir oğlu kimlərdən və nədən ehtiyat edir? Ümumiyyətlə, Anar Məmmədovun bu sayaq həyat tərzi heç kimə sirr deyil...
Biz keçən il Türkiyə səfərində olarkən nazir oğlunun İstanbul küçələrində bahalı avtomobil karvanı ilə gəzməsinin şahidi olmuşuq. Konkret olaraq nazir oğlu dəyəri 1 milyon avro olan, 34 -AN -0001 qeydiyyat nömrəli “Rolls-Royse Phantom” markalı avtomobillə İstanbulun küçələrində şütüyür.

Deyəsən, nazir oğlu özünü kübar mənşəli simalar kimi aparmaq istəyir. Amma unudur ki, cangüdənlə gəzmək hələ kübarlıq deyil...Həm də və ən əsası xərclənən milyonlar halal yolla qazanılıb, yoxsa xalqın cibindən oğurlanıb...