BolgeXeber.Com » Analitika » Ağdam təhsili çöküb

Ağdam təhsili çöküb

11-06-2014, 22:30
Oxunub: 4 811 Saxta məktəblər

Ərazisi işğal olunmuş rayonların ümumtəhsil sisteminə ayrılmış büdcə vəsaitlərinin yerləşdirilməsi, təyinatı üzrə xərclənməsi və bu işlərə dövlət nəzarətinin gücləndirilməsi daima ölkə başçısının qarşısında duran ən vacib məsələlərdən biridir. Təəssüflər olsun ki, belə bir şəraitdə dövlət vəsaitini ayrı-ayrı təyinatlar üzrə yönəldən harınlamış məmurlar hələ də iş başındadır. Elə Ağdam rayon təhsil şöbəsindən daxil olan məlumatlar yuxarıda sadalanan maliyyə yeyintiləri və korrupsiya faktlarının doğruluğunu təsdiq edir. Verilən məlumata görə, hələ 2009-2010-cu tədris ili ərzində Maliyyə Nazirliyi Ağdam rayonunun ümumtəhsil müəssisələrində yoxlama aparmışdır. Nəticədə 500 min manat dəyərində yeyinti faktı aşkarlanmışdır. Buna baxmayaraq, nə Maliyyə nazirliyi, nə də digər əlaqədar təşkilatlar ciddi bir iş görüb günahkarlar barədə qanuni qərarlar verməmişdir. Mənbənin məlumatına görə, bu işdə də Elmira Şükürovaya yaxın münasibətilə seçilən Cavid Qurbanov yaxından köməklik göstərmişdir. Sonrakı tədris ilində isə milyon manatdan çox korrupsiya faktı aşkarlanmışdır. Maliyyə Nazirliyinin apardığı yoxlamalarla bağlı Azerbaycaninfo.com-a mənbənin verdiyi sənədlərdən məlum olur ki, Ağdam rayonunun təhsil sahəsinə ayrılmış büdcə vəsaitlərinin xeyli hissəsi talan edilib və bu talançılıq müxtəlif forma və metodlarla həyata keçirilib. Bu faktlar arasında saxta sənədlərdə düzgün olmayan məlumatların təqdim edilməsi əsasında siniflərin və məktəblərin açılması halları xüsusi yer tutur. Yerli məktəblərdə təhsilə cəlb edilmiş şagirdlərin və yaxud digər köçkün məktəblərin şagirdlərinin adları siyahıya əlavə edilərək, saxta siniflər açılır, məktəblər təsis edilir. Yaxud yeni köçkün məktəblərinin yaradılması üçün ərazidə faktiki fəaliyyət göstərən məktəbin şagird kontingenti olduğu kimi ikinci dəfə götürülür və həmin məlumat əsasında təkrar ikinci məktəb açılır. Eyni zamanda bu sinif və məktəblər üçün uzun illər boyu maliyyə vəsaiti ayrılır və mənimsənilir. Digər faktda isə Ağdam RTŞ-də psixoloq təhsili olmayan 34 nəfər psixoloq vəzifəsinə təyin edilib və təkcə bu hala görə 2008/2009-cu tədris ilinin 8 ayı ərzində dövlət büdcəsindən 92802.70 AZN dövlət əmlakı mənimsənilib. Faktlardan biri müəllimlərin orta aylıq əmək haqqı ilə bağlıdır: Nazirlər Kabinetinin 1994-cü il, 181 saylı qərarının 2-ci bəndi əsasında orta aylıq əmək haqqı ilə təmin edilən müəllimlərin sayına 2001-ci ildə qeyri-qanuni olaraq 199 nəfər artırılıb və onlar 10 il müddətində orta aylıq əmək haqqı ilə təmin ediliblər. Məsələ burasındadır ki, həmin müəllimlərin 70-i yenə də qanunsuz yolla əməkhaqqı almaqdadır.

Saxta məktəblər

Daxil olan məlumatlarda bildirilir ki, rayonun təhsil müdirəsi yeyib-dağıtdığı təhsil idarəsindən qazandığı milyonları tamamilə gizlətməklə rayonda söz sahibi olmaq istəyir. Elmira Şükürovanın nə qədər pul qazandığını müəyyənləşdirək. Məktəblər sənədlərdə mövcud olsa da, 1, 3, 4, 8, 12, 53, 65, 96 saylı məktəblər, reallıqda zəif və yox olan təhsil ocaqlarına aiddir. 6, 13, 22, 58, 69, 108, 117, 119, 138, 143, 145 saylı məktəblər isə ümumiyyətlə yox dərəcəsindədir.

Xanım müdirənin «oxu» daşa dəyib

Ağdamdan verilən məlumata görə icra başçısı olmaq istəyində olan xanım müdirənin həqiqətən də «oxu» daşa dəyib. Elmira Şükürova həqiqətən də Millət Vəkili Cavid Qurbanovun verdiyi sözə aldanıb. Mənbə bildirir ki, Ağdam təhsilinin anasını ağladan xanım- müdirə vəzifəyə təyin olunduğu gündən rayon təhsilinə 10 milyon 575 min manatlıq ziyan vurub. Rayondakı mənbənin məlumatına görə, Elmira Şükürova bununla nəinki icra başçısı hətta Təhsil Naziri ola bilərdi. Verilən məlumatlarda qeyd edilir ki, Elmira xanımın qanunsuz əməlləri bununla bitmir.İddiaya görə, xanım rayonda artıq söz sahibi olmaq gücündədir. Pərviz adlı şəxsin köməkliyi ilə həyata keçrilən müəmma. Nəzərinizə çatdıraq ki, vətənə xəyanət etdiyinə görə həbs edilən Pərviz Cavid Qurbanovun yaxınıdır. Bunun müqabilində də xanımın bu şəxsə 150 min manat pul verdiyi bildirilir. (Daha ətraflı sonra)Bir soruşan yoxdur ki, müəllimə 500 manat maaş aldığın halda bu qədər pul səndə hardandı? Məlumatlı mənbə bildirir ki, Elmira xanım vəzifə başına gələndən «dəftərxana» və adı var özü yox əməliyyatlardan nəinki yüz minlərə, milyonlara sahib olub.


Dəyişkən mövqeli Şükürovlar

İddiaya görə ,hələ 80-ci illərdə müxtəlif rəhbər vəzifələrdə çalışmış Elmira Şükürovanın atası Əvəz Şükürov Ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə vəzifəyə gətirilir. Əvvəlcə icra hakimiyyətində müavin, sonra isə başçı vəzifəsinə təyinat alır. Özünü YAP-çı kimi göstərən Əvəz Şükürov Surət hüseynovun dövlət çevrilişinə cəhd etdiyi dönəmlərdə gizli olaraq Surət Hüseynovla görüşür. Onun yağlı vədlərinə inanıb Ulu öndərə xəyanət edir. Çox keçmir ki, onun dırnaq arası sədaqəti ifşa olunur. Əvvəlcə Surət Hüseynov sonara isə Əvəz Şükürov vəzifədən uzaqlaşdırılır. Beləliklə Şükürovların dəyişkən mövqeləri ifşa olunur. Və tez bir zamanda vəziyyət nəzarət altına alınır. (bu barədə daha ətraflı sonra)Elmira Şükürova da Həsən Sarıyev dönəmində onunla, Sonra Nizami Müəllimlə münasibətlərdə bir münasibət, indi isiə mövqeyini dəyişərək başqa bir münasibət sərgiləməkdədir. Qardaşının vətənə sədaqət məsələsinə gəldikdə isə dolaşan söz-söhbətlər Şükürovların vətənə və xalqa qarşı hansı münasibətdə olmalarını bir daha təsdiqləyir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com