BolgeXeber.Com » Analitika » Nazirin qəbulunda daha bir Qarabağ əlili intihara cəhd edə bilər-Daşkəsəndə

Nazirin qəbulunda daha bir Qarabağ əlili intihara cəhd edə bilər-Daşkəsəndə

12-06-2014, 15:15
Oxunub: 3 473 Fəridə Abdullayeva Qarabağ əlilini Səlim Müslümovun müavini ilə təhdid edib

Qarabağ əlili Bəxtiyar İsmayılov isə 25 saylı TSEK-in sədri Fəridə Abdullayevaya rüşət olaraq verdiyi 7500 manatı geri almayacağı halda nazir Səlim Müslümovun qəbul otağında intihar edəcəyini birlidirir…
Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri İsmayılov Bəxtiyar Nəcəf oğlu özünü Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi qarşısında yandıracağını bildirib.
Bu gün redaksiyaya müraciət edən Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılov intihar etmək həddinə çatdığını bildirib:
Mənim 4 uşağım var. Mən uşaqlarımı böyütmək, onlardan ləyaqətli vətəndaş yetişdirmək üçün çalışıram. Amma hazırda rastlaşdığım vəziyyət elədi ki, rastlaşdığım problemin həlli üçün intihar etməkdən başqa çarə görə bilmirəm.
Bundan əvvəl də sizin sayta etdiyim müraciətdə dediyim kimi əvvələr Daşkəsən regional TSEK-in sədri olan, hazırda isə Gəncə şəhər 25 saylı TSEK-in sədri olan Fəridə Abdullayeva mənim bacım Ələsgərova Xalidəni aldadaraq əlilik sənədləri düzəltmək məqsədi ilə 7500 AZN rüşvət alıb. Bundan sonra isə yeni nazir Səlim Müslümov tərəfindən Gəncə şəhərinə təyin olunan Fəridə Abdullayeva peşəkar dələduz kimi davranaraq bacımın 3 qohumundan topladığı 7500 manatı geri verməkdən imtina edib. Mən şəxsən dəfələrlə Fəridə Abdullayevadan bacımın halal pulunu geri tələb etsəm də, Fəridə Abdullayeva gah məndən pulu qaytarmaq üçün möhlət istəyir, gah da təhdid edir. Fəridə Abdullayeva mənə açıq şəkildə deyir ki, onun arxasında nazir müavini Natiq Məmmədov dayanır və mən bu pulu geri almaqdan vaz keçməsəm nazir müavini mənim başıma oyun açar. Mən yaxın günlərdə Bakıya gələcəm və nazirin qəbuluna düşüb əlimdəki sənədləri nazirə təqdim etməyə çalışacam. Əgər nazir məni qəbul etməsə, ya da şikayətimə baxıb bacımdan rüşvət olaraq alınan 7500 AZN-iin geri qaytarılmasını təmin etməsə, eyni zamanda rüşvətxorluqla və dələduzla məşğul olan TSEK sədrini cəzalandırmasa, o zaman özümü nazirliyin qarşısında yandıracağam. Bir daha deyirəm ki, mənim 4 uşağım var və mən öz uşaqlarımı böyüdüb başa çatdırmaq istəyirəm. Lakin rastlaşdığım ədalətsizlik mənə başqa yol buraxmır».
Qarabağ əlili həmçinin bildirib ki, Fəridə Abdullayeva diş həkimi işləyən Əliqulu və onun qardaşları vasitəsi ilə mənə davamlı olaraq hədə-qorxu gəlir. Əliqulu və qardaşları Fəridə Abdullayevanın dəllarları rolunda iştirak edirlər və bu qadının yol verdiyi bütün dələduzluqlarda Əliqulunun rolu var. Hazırda isə Əliqulu məni həbs etdirməklə təhdid edir. Bizdən alınan pulda həmçinin Əliqulunun da rolu olduğu üçün o bütün gücü ilə bu işi ört-basdır etdirməyə çalışır.
Azerinfo.org-un əməkdaşı daha əvvəllər özünü Fəridə Abdullayevanın hüquqi təmsilçisi olaraq təqdim edən Əliqulu adlı şəxslə əlaqə saxlayıb. İddialara qarşı Əliqulu adlı şəxs bildirib ki, bütün bu iddialar cənab nazir Səlim Müslümovun uğurlu kadr təyinatına qarşı paxıllıqdan və gözügötüməməzlikdən (?!red.) yaranır. Həmsöhbətimiz həmçinin onu da bildirdi ki, bu məsələ məhkəmədədir və yaxın vaxtlarda qərar qəbul olunacaq.
Qeyd edək ki, Fəridə Abdullayeva ilk dəfə mətbuatın gündəminə Gəncə şəhər 25 saylı TSEK-in qeydiyyat şöbəsinin işçisi Aynur Kərimovanın Sabir küçəsində yerləşən evində saxta əlilik sənədələri satması ilə gündəmə gəlib. Çox təəssüf ki, nazir müavinin adıyla vətəndaşları təhdid edən Fəridə Abdullayevanın ətrafında dönən qalmaqallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi susqunluqla reaksyia verir. Bu isə nazir Səlim Müslümovun ictamiyyətə açıq olacağı barə bir müddət əvvəl verdiyi vədlə üst-üstə düşmür.
Yazıda adı keçən şəxslərin və dövlət idarələrinin mövqeyini dərc etməyə hazırıq.