BolgeXeber.Com » Analitika » Rusiya qazdığı quyuya özü düşür-TƏHLİL

Rusiya qazdığı quyuya özü düşür-TƏHLİL

13-06-2014, 01:45
Oxunub: 3 241 Deməli bir zamanlar, Azərbaycanı təsir altında saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsini yaradan Rusiya indi ӧzü dilemma qarşısında qalıb

ABŞ-la Rusiya arasında mühüm strateji əhəmiyyət kəsb edən Ukrayna uğurunda aparılan mübarizə demək olar ki, birincinin qalibiyyətilə yekunlaşmaq üzərədir. Lakin bu heç də o demək deyil ki, Kreml Vaşinqtonun qarşısında asanlıqla təslim olacaq. Əksinə, Kreml şefi Vladimir Putin heç də rahatlıqla düşdüyü vəziyyətlə barışana oxşamır. Elə bu səbəbdən o, müxtəlif manevrlər etməklə həm özünün, həm də ölkəsini düşdüyü vəziyyətdən çıxarmaq istəyir.
Xilas yolu olaraq ilk addım kimi Vladimir Putin əvvəlcə Çinlə qaz razılaşmasına nail oldu və bütün Rusiya mətbuatında bu hadisəyə “qələbə” donu geyindirməyə çalışdı. Əslində isə Moskva ilə rəsmi Pekin arasında imzalanan razılaşma Rusiyanı üzləşdiyi saksiyalardan xilas etmək üçün yetərli deyildi. Əksinə, məlum hadisə Rusiyanı hegemonluq uğurunda mübarizədə rəqibi olan Çinin qoltuğunun altına girməsi demək idi. Bu fakt həm də Rusiyanın hegemonluğunu bitməsi deməkdir.
V. Putinin ikinci manevri isə Qazağıstanın baş kəndi Astanada Avrasiya İqtisadi İttifaqının təsis olunması oldu. Və o, bu addımı ilə məlum qurum ətrafında Anti-qərb koalisiyası yaratmaq istəyini irəli sürmüş oldu. Hətta, bu qurumun tərkibinin genişləndiirilməsi üçün qapılarını, Amerika siyasətini bəyənməyən ӧlkələrin üzünə “tay-ba-tay” açıq olduğunu elan etdi. Hətta, bu quruma Türkiyə, Çin, Vyetnam kimi dӧvlətlərin maraq gostərməsinə dair rusiyalı məmurların dilindən inandırıcı olmayan ifadələr də işlədildi.
Hansı ki, bugün Rusiya-Qazaxıstan-Belarusiya üçlüyünün təsis etdiyi Avrasiya İttifaqı, bir zamanlar 2007-ci ildə Venesuelanın mərhum lideri Huqo Çaveslə, İranın eks-prezidenti Mahmud Əhmədnejdatın birlikdə yaratdıqları “Amerika təsirindən xilas olmağa çalışan dӧvlətlərdə investisiya layihsi”nə bənzəyir. Hansı ki, adıkeçən liderlər də o zaman 2 milyard dollarlıq fond təsis olunduğunu bəyan etmişdilər. Nəticə isə gӧz ӧnündədir. Gӧrünür Astanada təsis olunan ittifaqın aqibəti də, Venesuelada elan edilmiş fondun taleyilə eyni olacaq.
Çünki, İttifaqda təmsil olunmuş və namizəd olan dӧvlətlərin iqtisadi durumlarına baxdıqda heç də ümidverici fikir sӧyləmək mümkün deyil. Əvvəla yeni yaranan ittifaqda təmsil olunan dövlətlərin özlərinin iqtisadi qüdrəti bu birliyin ayaq tutub yeriməsinə üçün yetərli deyil. Ona görə ki, əgər sözügedən qurumun başında Rusiya durursa və bu dövlətin öz iqtisadiyyatında durğunluq höküm sürürsə hansısa perespektivdən danışmaq mümkün deyil. Qalır, Qazaxıstan, Belarusiya, Ermənistan və Qırğızıstan ki, onların da iqtisadi durumundan sӧz açmağa dəyməz. Digər yandan isə Qərbin buna imkan verəcəyini düşünmək sadəlövhlüyün əlamətidir.
Əslində Kremlin ӧzündə də dərk edilir ki, birliyin ətrafına yığdığı dӧvlətlərlə təsirli bir qurum yaratmaq mümkün deyil. Demək bura iqtisadi cəhətdən qüdrətli və inkişaf etmiş Azərbaycan kimi dӧvlətləri cəlb etmək lazımdır. Məhz bu səbəbdən də Vladimir Putin Xarici İşlər Naziri Sergey Lavrovu iyunun 17-18 -də danışıqlar üçün Bakıya gӧndərir. Danşıqların nəticəsini isə indidən sӧyləmək mümkündür. Ona gӧrə ki, artıq Azərbaycanın dӧvlət başçısı İlham Əliyev ӧlkəsinin Avrasiya İttifaqında təmsil olunması üçün xalqın iradəsinə uyğun olan mӧvqeyini ortaya qoyub. Bӧyük ehtimalla İlham Əliyev Astanada Nazarbayev tərəfindən oxunan məlum tekstin üzərində sona qədər duracaq.
Rusiyanın isə işğal edib Ermənistana verdiyi Dağlıq Qarabağı yenidən Azərbaycana qaytaracağına inanmaq çətindir. Ona gӧrə ki, Kreml bir zamanlar Azərbaycana təsir etmək adı ilə yaratdığı Qarabağ konfliktini çӧzdüyü halda, Ermənistan adlı bataqlığa düşmüş olacaq. Belə ki, Ermənistan Rusiyanın belə bir addımını xəyanət olaraq gӧrəcək. Artıq belə bir fikirlər dolaşmaqdadır. Bu isə ӧzü-ӧzlüyündə Rusiyanın ən yaxın tərəfdaşı olan Ermənistanı “ağasından” imtina həddinə gətirə bilər. Digər tərəfdən isə Kreml Avrasiya İttifaqının gələcək inkişafını Azərbaycansız gӧrmür. Rəsmi Bakının irəli sürdüyü şərt isə birmənalı olaraq Kremlin ürəyincə deyil.
Deməli bir zamanlar, Azərbaycanı təsir altında saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsini yaradan Rusiya indi ӧzü dilemma qarşısında qalıb. Bir sözlə “Rusiya qazdığı quyuya özü düşmək üzərədir”. Gӧrünür son günlər ermənilər tərəfindən atəşkəsin intensiv şəkildə pozulması məhz, Azərbaycan liderinin mӧvqeyndə yumşalması üçündür.
Elçin Abdullayev
Bolgexeber.com