BolgeXeber.Com » Analitika » Ginekoloq “kitabxanaçı”, direktor “kolxozçu”, diplomat “qəlyançı”...

Ginekoloq “kitabxanaçı”, direktor “kolxozçu”, diplomat “qəlyançı”...

16-06-2014, 16:30
Oxunub: 3 853 Nə bilmək olar, bəlkə kitablarda da ginekoloji problemlər vardır

Çox dəyərli mətbuat nümayəndələri, çox düşündükdən sonra Sizlərə müraciət etməyi qərara aldıq. Ümid edirəm ki, Sizin köməkliyiniz sayəsində lazımi strukturlar, eləcə də ölkə başçısı cənab İlham Əliyev məsələdən xəbərdar olaraq, öz mövqeyini ortaya qoyacaqdır.

Məsələ belədir ki, bu yaxınlarda dövlətimizin qayğısı və dəstəyi sayəsində Akademiyanın Mərkəzi Elmi kitabxanasının açılışı oldu. Çox sevindik ki, axır ki, biz alimlər də normal bir kitabxana şəraitində oturub işləyə biləcəyik. Lakin, deyir “sən saydığını say, gör fələk nə sayır”. Ölkə başçısını aldadıb, olduqca müasir tələbata uyğun qurulmuş binanı Mərkəzi Elmi Kitabxana kimi açdılar, indi isə restoran və kafe kimi işlədirlər, kitabxanadan isə əsər əlamət yoxdur. Yeni açılmış kitabxana adlı binaya mərhum akademikimiz Bəkir Nəbiyevin ixtisasca ginekoloq olan qızı Leyla İmanovanı rəhbər təyin etdilər. Hər zaman özünün davranışı, oturuşu-duruşu ilə yerini bilən, nümunə olan mərhum akademikin qızı, deyəsən özü də bilmir ki, kitabxana onun yeri və ixtisası deyil. Nə bilmək olar, bəlkə kitablarda da ginekoloji problemlər vardır, ona görə Akademiya rəhbərliyi, ölkə başçısını aldatmalı olsa belə, absurd qərar verməyə məcburdur.

Hələ bu azmış kimi, akademik Bəkir Nəbiyevin kürəkəni Nazim İmanovu da İqtisadiyyat İnstitutuna direktor təyin ediblər. Bir ucqar kənd kolxozunu belə idarə etməyə qadir olmayan, dövlət və hakimiyyət orqanlarına, müxtəlif mərkəzi icra qurumlarında çalışan ləyaqətli insanlara özünün düşüncəsinə və səviyyəsinə uyğun hədyanlar deyən, onları lağ obyektinə çevirməyə cəhd edən, ən böyük “elmi” əsəri “Milli məclisin ağlamalı gülməcələri” adlı qeyri-ciddi bir kitab olan Nazim Müzəffər oğlu İmanov İnstitutu idarə etməyə deyil, dağıtmağa gəlibdir. Deyəsən, İnstitutu da Milli İstiqlal Partiyası ilə səhv salır. Bu, insan heç olmasa qayınatasının sağlığında Akademiya, elm, elm adamları haqqında ondan öyrənsə idi, indi daha hörmətli olardı və idarəetməni də bilərdi. Onun idarəetməsinin bir nümunəsi olaraq, Sizə bir əmr göndəririk. 09 iyun tarixli bu əmr, 11 iyun tarixində ləğv edilir. Ona görə ki, Nazim İmanov elmi tədqiqat müəssisəsini idarə etməyi, digər istiqamətlərdəki idarəetmə ilə səhv salır. Bu zavallı, elmdən başqa hər şeyi olan Nazim İmanov bəzi nazirlərin, komitə sədrlərinin iclasda kimi isə səhvlərinin ucbatından işdən qovduğunu görür və bunu öz idarəetməsində tətbiq etməyə cəhd edir, ən pisi isə odur ki, bunu özünütəsdiq hesab edir. Əslində isə, elmi müəssisədə əsl rəhbər işçilərinə qarşı daha humanist olmaqla, onları öz ətra-fında cəmləşdirməyə çalışmalı, elm adamı kimi isə özünün əsərləri ilə seçilməlidir. İşçilərdən qaçan, onları saatlarla qəbul otağında gözlədən, Nazim müəllim Akademiya rəhbərliyinin da qərarına laqeyd yanaşır. Mənə hələlik Nazim İmanovun qəbulunda olmaq şərəfi qismət olmasa da, əməkdaşların söhbət əsnasında dediyinə görə, İnstitut daxilində siqaret çəkməyin qadağan olunduğu halda, o, bütün günü kabinetində, hətta işçilərlə söhbətləşən zaman belə siqaret çə¬məklə məşğuldur. İş masasının üzərində isə daimi dolu bir kül qabı və bir siqaret olur (Əsl alim belə olar!!!!). Görəsən, ağ ölüm a-landırılan, hətta əksər ölkələrdə ictimai yerlərdə çəkilişi qanunla qadağan edilən siqaretdən asılı bir insan, sözün əsl mənasında Akademiya rəhbərinin sevimlisi olan gənclərə hansı sahədə nümunə olacaqdır?Nə isə, bu ailənin taleyi üzunə “gülməkdədir”. Ana Leyla xanım kitablara belə dəstək verdiyi kimi, ata Nazim müəllim iqtisadçılara daha yaxşı və çox siqaret çəkməyi öyrədəcəkdir, oğul isə Çexiyada qəlyan satmaqla məşğuldur. Allah bazar versin!

Hörmətlə,
AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları: aparıcı elmi işçi i.f.d, dos. Ələsgər Quliyev, şöbə müdiri Tahir Paşayev, böyük elmi işçi, i.f.d. Emin Əliyev tezadlar.az