BolgeXeber.Com » Analitika » Arzu Rəhimovun işçiləri çaş-baş düşdü

Arzu Rəhimovun işçiləri çaş-baş düşdü

19-06-2014, 17:00
Oxunub: 4 947 SHXÇDX hərbi xidmətdən qayıdanlara yenidən çağırış vərəqəsi göndərir

Biz yazanda ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-leytenant Arzu Rəhimov ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmir, bu şəxs yerində olmayan məmurlar siyahısındadır, bəziləri buna şübhə edirdi. Lakin son vaxtlar orduda gənc əsgərlərin ölümü hallarının sayının artması, Müdafiə Nazirliyinin yüzlərlə xəstə çağırışçını müəyyənləşdirməsi və həmin gəncləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovla bağlı yazdıqlarımızın həqiqətə uyğun olduğunu sübut etdi.

Bəli, mübaliğəsiz demək olar ki, general-leytenant nəinki üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmir, hətta ölkə ictimaiyyətini TƏƏCCÜBLƏNDİRMƏKDƏ davam edir. Məsələn, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2-3 il əvvəl həqiqi hərbi xidmətdən qayıtmış şəxslərə çağırış vərəqələri göndərib. Bu da general-leytenant Arzu Rəhimovun işçilərinin vətəndaşlara sürprizlərindən biridir. Amma təəssüf ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu «sürpriz»i 2-3 il əvvəl həqiqi hərbi xidmətdən qayıtmış şəxslərin rahatlığını pozur. Belə ki, həmin çağırış vərəqində xidmət keçmiş siravi əsgərlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə gəlmələri tələb edilir. Eyni zamanda Arzu Rəhimovun işçiləri həqiqi hərbi xidmətini başa vurmuş, lakin yenidən orduya göndərmək istədikləri şəxslərdən qoşma vərəqdə şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi, şəxsi əşyalar götürməsi tələbini edirlər. Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsinin növbətçisi Asif Məhərrəmov teleqraf.com-a deyib ki, bu səfərbərliklə bağlı çağırış deyil. Onun sözlərinə görə, 2-3 il əvvəl həqiqi hərbi xidmət keçmiş şəxslərin qeydiyyatı aparılır: "Çağırılanlar sadəcə, gəlib burada qeydiyyatdan keçəcəklər, burada ayrı bir məsələ yoxdur”. Təəccüblüdür, 2-3 il əvvəl həqiqi hərbi xidmət keçmiş şəxslər niyə indi qeydiyyatdan keçirlər? Əgər indi Qeydiyyatdan keçirlərsə, bəs onda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsi indiyə qədər nə iş görürdü? Arzu Rəhimov, belə çıxır ki, camaat işini, gücünü bir kənara qoyub, qoşma vərəqdə şəxsiyyət vəsiqəsini, hərbi bileti, sürücülük vəsiqəsini, şəxsi əşyaları götürərək sizin rəhbərlik etdiyiniz dövlət xidmətinin şöbələrinə gəlməli, burada saatlarla vaxtını itirməlidir? Olmaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsi çaş-baş durumla üzləşib? Axı 2-3 il əvvəl həqiqi hərbi xidmət keçmiş şəxslər niyə indi yenidən Arzu Rəhimovun rəhbəri olduğu strukturun şöbələrinə çağırılırlar? Qeyd edək ki, Asif Məhərrəmov bu qeydiyyatın nə səbəbdən aparılması ilə bağlı sualı cavablandırmaqdan imtina edərək, jurnalistlərin "baş idarəyə” - yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zəng etməli olduqlarını bildirib.

Bu arada dövlət xidmətinin «xəstə» adıyla orduya göndərmədiyi çağırışçıların növbəti siyahısını oxucularımıza təqdim etmək istəyirik. Belə ki, Cəfərli Habil Kamil oğlu (1993-cü il təvəllüdlü, Kür qəs 11c 25.04.2014-cü il tarixində hərbi xidmətə yola salınmalı idi), Sadıqov Raşid Muxlisoviç (1986-cı il, İsgəndərli 17b 05.04.2013-cü il), Namazov Rizvan Qurban oğlu, (1984-cü il, Kür qəs 10c 17.04.2012-cü il), Məmmədov Famil Rayıl oğlu, (1988 Kür qəs 11c 08.04.2013-cü il), Mehdiyev Səbuhi Yunis oğlu, (1983-cü il, Kür qəs 35b 24.04.2013-cü il), Mehdiyev Hafiz Alim oğlu (1982-ci il təvəllüdlü, Kür qəs 20b 13.04.2012-cü il)

Məmmədov Firdovsi Vidadi oğlu, (1985-ci il təvəllüdlü, Kür qəs 17b 22.04.2010-cu il), İsayev Mahir Vaqif oğlu, (1982-ci il, Kür qəs 23b 15.04.2003-cü il), İsgəndərov Elnur Kamran oğlu (1991-ci il, Kür qəs 14b 26.04.2012-cü il), İsgəndərov Ravil Məmməd oğlu, (1984-cü il Kür qəs 29b 21.04.2013-cü il), Zeynalov Nahib Tanıverdi oğlu (1980-ci il Kür qəs 23b 25.07.2010-cu il),

Cəfərov Vahid Qiyas oğlu (1980-ci il Kür qəs 34b 20.05.2011-ci il), Qədirli Vüsal Nazim oğlu (1982-ci Kür qəs 14b 26.04.2012-ci il), Hüseynov Orxan Abdulla oğlu (1983-cu il təvəllüdlü, Kür qəs 63c 13.04.2012-ci il), Həşimov Sarvan Vidadi oğlu (1981 Kür qəs 13b 16.04.2002-ci il), Hüseynov Elşən Etibar oğlu (1980-ci il təvəllüdlü, Kür qəs 34b 05.04.2013-cü il), Həsənov Ramil Vəli oğlu, (1986 Kür qəs 23c 05.04.2010),

Vəliyev Adil İntizam oğlu (1984 Kür qəs 66b 09.04.2005), Vəlicanov Müşman Əli oğlu (1982-ci il Kür qəs 1a 04.04.2006-cı il), Beyzunov Alim Axmedoviç (1990 Kür qəs 45b 07.04.2011), Bayramov Rizvan Nüsrət oğlu, (1980 Kür qəs 80b 08.04.2005), Yusifov Xətal Zirəddin oğlu (1990 Kür qəs 65c 30.04.2011), Haqverdiyev Nəsimi Novruz oğlu (1984 Kür qəs 14b 05.04.2010), Xasməmmədov Əziz Əjdər oğlu (1991 Kür qəs 42c 14.04.2013), Əmirov Adil Famil oğlu (1980 Kür qəs 88a 02.04.2010), Əjdərov Rauf Rafiq oğlu (1983 Kür qəs 13c 15.04.2011), Musayev Ramin Sibir oğlu (1987 Qasımlılar 80b 20.04.2014) və digər şəxslərdir. Bu çağırışçılar ya Arzu Rəhimovun xəbəri olmadan, ya da xəbəri ola-ola ordu sıralarından yayındırılıblar. Belə çıxır ki, çağırış kvotası başqalarının hesabına doldurulub.
gundelik-baku