BolgeXeber.Com » Analitika » Hansı daha yaxşıdır:Yarımçıq hakim, yoxsa peşəkar vəkil?

Hansı daha yaxşıdır:Yarımçıq hakim, yoxsa peşəkar vəkil?

20-06-2014, 16:05
Oxunub: 5 259 Nərimanov Rayon Məhkəməsinin adı Azərbaycan mətbuatında “sabiq sədr Ağababa Babayevin”adı ilə bağlıdır. Ağababa Babayevin adı isə Elşad Abdullayevlə bağlı məşhur məhkəmə qalmaqalında gündəmə gəldi. Müxbirlər Ağababa müəllimə sual verəndə cavab verirdi ki, ayağım ağrıyır. Bu söz az qala lətifəyə çevrilmişdi. Çünki danışmaq üçün ayaq yox, ağız rol oynayır. Amma Ağababa müəllimin deyəsən ağzını elə tikmişdilər ki, axıradək danışa bilmədi.
Ümumiyyətlə, Ağababa müəllim Nərimanov Rayon Məhkəməsində bir pis ənənə qoyub gedib. Ona görə də bu rayon məhkəməsində hələ bundan sonra xeyli hakimin ağzı tikiləcək.
Belə hakimlərdən biri də Nərimanov rayon məhkəmsinin hakimi Əliyev Abbas Baba oğludur. Biz bu qənaətə birbaşa canlı müşahidə əsasında gəlmişik. Yəni hakimin hərəkətlərini və əməllərini canlı müşahidə etmişik.
...Bir neçə gün öncə bir məhkəmə prosesinin iştirakçısıydım. Hakim baxışları ilə mənə anlatdı ki, onun, eləcə də Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayevin qələm əhlinə münasibəti çox soyuqdur, hətta qələm əhlini görəndə qaşınma tuturlar. Görünür, bu səbəsiz deyil...
Çünki biz Qafqaz Xəbər Agentliyi olaraq bəzi hakimlərin biabırçı əməlləri ilə bağlı xeyli yazılar dərc etmişik. Hətta bu yazılar ictimaiyyətdə böyük rezonans doğurmuşdur. Və nəticədə məhkəmələrdə yoxlamalar da oldu. Çünki yazdıqlarımız faktlara söykənirdi.
Rayon məhkəməsinin hakimləri öz maraqları naminə xeyli sayda ailəni evsiz-eşiksiz qoyublar.
Qafqaz Xəbər Agentliyinə müraciət edən vətandaşların məhkəmə prosesində iştirak etmək üçün dəfələrlə Nərimanov Rayon Məhkəməsinin sədrinə yazılı müraciət göndərsək də cavab almamışıq. Əslində buna görə məhkəmə sədri məsuliyyət daşıyır. Görünür Tofiq müəllim Qazaxıstandakı pis ənənələri unuda bilmir. Ola bilsin ki,Tofiq Paşayev Qazaxıstanda hüquq -mühafizə orqanlarında xidmət edərkən başqa üsullarla çalışıb. Ancaq “burası Azərbaycandır”, cənab sədr.
Ən pisi odur ki, hakimlər də öz sədrlərindən pis nümunə götürürlər. Və hakim Abbas Əliyev mətbuat işçilərinə dəvə nalbəndə baxan kimi baxır.
Abbas Əliyevin tərcümeyi-halını varaqlayanda Güzdəkdən Qazaxıstan çöllərinə qədər yollar uzanır.
Ən maraqlısı odur ki, 1990-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirən Abbas Əliyev düz 8 il işsiz qalıb və görünür xeyli “daxili travma” alıb, ona görə insanlara qarşı belə qəzəblidir.
1990-ci ildən sonra , səkkiz il işsiz qalan şəxs və sonradan güc-bəla ilə Güzdək kiçik müəssisəsində hüquqşunas vəzifəsinə düzələn gələcək hakim arada vəkillik də edib.
Amma vəkilliklə tez vidalaşaraq özünü hakim kürsüsünə yerləşdirə bilib. Bəlkə də Abbas Əliyev vəkil olsaydı daha məqsədəuyğun olardı. Çünki atalar demişkən, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan...
Mahmud Rasimoğlu